Sizə çölyak xəstəliyi diaqnozu qoyulub?
Əminik ki, sizə diaqnoz qoyulduqdan və qlütensiz pəhrizə başladıqdan sonra bir çox sualınız olacaq. Biz sizə kömək etmək istəyirik və burada məlumatlandırıcı videolardan tutmuş qlütensiz alış-veriş və ya səyahət haqqında infoqrafiklər, uşaqlar üçün izahatlara və geniş çeşiddə reseptlərə qədər sizə lazım olan bütün bilgiləri tapa bilərsiniz. Qlütensiz yaşamağa xoş gəlmisiniz!
Yeni diaqnoz qoyulanlar üçün video qid
İnfoqrafiyada siz ən çox verilən suallara cavab tapa bilərsiniz!
Qlüten və qlütensiz məhsulların siyahısı
Pəhrizinizdə hansı məhsulları saxlaya biləcəyinizi, hansını əvəz edəcəyinizi və hansı məhsullara diqqət yetirməli olduğunuzu öyrənin – bu, göründüyündən daha asandır!
Çapraz bulaşma və ya çarpaz təmas yeni diaqnoz qoyulmuş xəstələr pəhrizdəykən əsas narahatlıqlardan biridir. Bütün gərəkli təlimatları təqdim edirik!
Biz restoranlarda yemək yeməyi asanlaşdırmağa və ya evdə dostlarla yemək təşkil etməyə kömək edirik. Bir neçə sadə ipucu ilə siz qısa zamanda çox rahat olacaqsınız!
Qlütensiz həyat da o biriləri kimidir! Növbəti səfərinizi necə təşkil etmək barədə sizə bəzi məsləhətlər verəcəyik. Həmçinin şəhər və ölkə bələdçiləri də təqdim edirik.
İnfoqrafiya ilə ən kiçiklərə qlütensiz yaşamağı izah etmək
Qlüten nədir və mən nə yeyə bilərəmt?
Kiçik uşaqlara diaqnoz qoyulduqda, bunun nə demək olduğunu başa düşmək onlar üçün çətin ola bilər. Biz hekayəni izah etməyə və onlara bunu asan anlamağa kömək edirik!
Biz sizə məktəbdə və yeməkxanada, səfərlərdə və gəzintilərdə, eləcə də ad günlərində və dostlarla ziyafətlərdə qlütensiz pəhrizə necə riayət etməyi başa düşməyə kömək edirik.