Schär | glutenfree Products - Annanın ən yaxşı bacardığı ilə hazırlanmışdır

Annanın ən yaxşı bacardığı ilə hazırlanmışdır

Bütün məhsullar Xəbərlər və faktlar

Anna bizim konditerimizdir, növbəti 100 il ərzində isə həmçinin sizin

Qlütensiz şirniyyatların ərsəyə gəlməsi ənənəvi emalla müqayisədə həm xüsusi diqqət, həm də bəzən çox mürəkkəb, xüsusən qlütensizn delikateslərlə işləmək üçün hazırlanmış xüsusi texnologiyalar tələb edir.

Tərkiblərin seçilməsi, qayğı və həvəs

Məhsullarımızın mükəmməlliyi xammalın diqqətlə seçilməsindən irəli gəlir və həmin diqqəti ki, hər birimizin mətbəximizdə bişirərkən, yoğurarkən, dadarkən və hər şeyi gözəlləşdirib daha yaxşı edəcək o mükəmməl inqridienti əlavə edərkən göstəririk. Yaratdığımız hər bir şirniyyat onu ən yaxınına hazırlayırmış kimi diqqət və qayğının, fədakarlıqla təkrarlanan jestlərin nəticəsidir. Məhz onların hazırlanmasının hər bir mərhələsinə qoyduğumuz həvəs və etibar və innovativ texnologiyalar ləzzətlərimizi unikal və təkrarolmaz edir.

Bir çölyak xəstəsi olaraq, sadəcə adi təqlid deyil, əsl həzz təcrübəsi olan şirniyyat axtarmaq nə demək olduğunu yaxşı bilirəm. Bu səbəbdən, biz bütün səyimizi hər bir şirniyatımızın zəngin və doyumlu dada, gözəl teksturaya, ətrə və cəlbedici görünüşə malik olmasına, ənənəvi şirniyyatlara mümkün qədər yaxın və bəzən daha da yaxşısının olmasına çalışırıq! Süfrə arxasında özünü kənarda qalmış hiss etməməyin nə qədər vacib olduğunu bilirəm və xüsusi qida ehtiyacı olanlara xoşbəxtlik anını verə biləcəyimi bilmək məni motivasiya edir və hər gün əlimdən gələni etməyə sövq edir.

Hər zövqə uyğun şirniyyat seçimi

Hər il çox sayda şirniyyat hazırlayaraq, istehlakçılara hər damaq dadına uyğun müxtəlif qəlyanaltılar, peçenye və tortlar təqdim edirik. Sadə şirniyyatları sevənlərdən tutmuş şokolad dadının fanatlarına qədər, meyvənin şirinliyinə üstünlük verənlərdən tutmuş yüngül vanilla notlarını sevənlərə qədər: hər kəs özünə uyğun Schär favoritini tapa biləcək!

Şəxsən mən Maffinlərimizə yox deyə bilmirəm, elə yumşaq və dadlıdır ki! Dəqiqədə təxminən 40 ədəd istehsal edirik, bu, səmərəlilik və yaxşılığa diqqət arasında mükəmməl tarazlığı ifadə edən nəticədir!