
Çölyak xəstəliyinin simptomları hansılardır?
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Çölyak xəstəliyi ilə əlaqəli simptomlar geniş spektrlidir.
Bu simptomlara aşağıdakılar aiddir:
- Yorğunluq
- Qan azlığı
- İshal
- Qarın nahiyəsində narahatlıq
- Çəki itkisi
- Qusma
- Ağız boşluğunda xoralar
Çölyak xəstəliyinin simptomları fərddən-fərdə dəyişə bilər. Müalicə edilməmiş çölyak xəstəliyi olan uşaqlarda bəstəboyluluq və inkişafdan qalma kimi geniş sayda simptomlara rast gəlmək mümkündür. Çölyak xəstəliyinin simptomları yüngül dərəcədən ağır dərəcədəyə doğru dəyişə bilər və bəzi hallarda simptomlar görünməsə də konkret bir məqsədlə sıravi müayinədən keçərkən aşkar oluna bilər. Məsələn, birinci dərəcəli qohuma belə bir diaqnoz qoyulduqda.
Çölyak xəstəliyinin yalnış diaqnostikası:
Çölyak xəstəliyinin simptomları Bağırsaq Qıcıqlanması Sindromu kimi digər xəstəliklərə oxşadığı üçün əvvəllər çölyak xəstəliyi tez-tez yanlış diaqnoz edilirdi. Lakin BQS üzrə milli kliniki göstərişlərdə qeyd edilir ki, BQS-dan (çölyak xəstəliyinə oxşar simptomlar göstərən) şübhə duyulan xəstələr ilk növbədə çölyak xəstəliyi ilə bağlı müayinədən keçməlidir.
Çölyak xəstəliyi müalicə edilmədiyi təqdirdə hansı fəsadlarla nəticələnə bilər?
Çölyak xəstəliyi uzun müddət müalicə edilməzsə osteoporoz, sonsuzluq və bağırsaq xərçəngi kimi geniş sayda fəsadlara səbəb ola bilər. Buna görə də, çölyak xəstəliyinin simptomları olduğundan şübhələnirsinizsə ən qısa müddətdə həkiminizlə əlaqə saxlamalısınız. Çölyak xəstəliyinin simptomlarından əziyyət çəkdiyinizi hiss edirsinizsə həkiminizə müraciət etməli və xəstəliyin olub-olmadığını müəyyən etmək üçün qan analizindən keçməlisiniz.*
*Çölyak xəstəliyi üçün aparılan müayinə yalnız şəxsin diaqnostika prosesi boyu qlüten tərkibli qidalar qəbul etməyə davam etdiyi təqdirdə dəqiq olacaqdır.