Azərbaycanda çölyak xəstəliyinin diaqnostikası üçün klinikalar
Bütün məhsullar Tibbi qidalanma
Qlüten tərkibli qidaları istehlak etdikdən sonra aşağıdakı simptomlardan əziyyət çəkirsiniz?
– qarın ağrısı, ishal və şişkinlik, anemiya və ya baş ağrısı kimi bağırsaqla əlaqəli olmayan simptomlar
Bu simptomlar çölyak xəstəliyi, çölyak olmayan qlüten həssaslığı və ya bağırsağın qıcaqlanma sindromu (BQS) kimi qlütenlə bağlı olan xəstəliklərin əlaməti ola bilər.
Çölyak xəstəliyi: Əhalinin təxminən 1%-də rast gəlinən avtoimmun xəstəliyidir. O adətən genetik baxımdan bu xəstəliyə meylli olan şəxlərdə baş qaldırır. Bu cür şəxslərdə qlüten istehlakı nazik bağırsağın selikli qişasının xroniki iltihabına səbəb olur ki, bu da qida maddələrinin sovrulması prosesinin zəifləməsinə səbəb olur.
Çölyak olmayan qlüten həssaslığı: Bu zaman fərdlər çölyak xəstəliyinə bənzər simptomlarla qarşılaşır, lakin aidiyyətli anticismlər olmur və bağırsaq astarına ziyan dəymir. Bu xəstəliyin əhalinin 10,6%-nə təsir göstərdiyi ehtimal edilir.
Bağırsağın qıcıqlanma sindromu (BQS): Hər hansı bir digər xəstəliklə izah edilməyən bağırsaq simptomları toplusunu təsvir etmək üçün istifadə olunan tibbi bir termindir. Simptomlara ishal, qəbizlik, şişkinlik və qarın ağrısını aid etmək olar.
DİAQNOZ
Qlütenlə əlaqəli xəstəliklərin dəqiq diaqnozu üçün aşağıdakı mərkəzi tövsiyə edə bilərik.
! Diaqnoz prosesindən öncə siz gündəlik qida rasionunuzun tərkib hissəsi kimi qlüten istehlak etməlisiniz!
Şəfa klinikası: www.shafa.az, www.shafa-gen.az, Yasamal r-nu Zərdabi pr-ti, 84/86, AZ-1011
Dr. Mircavid Müsümov (tibbi genetika), genetik testləri bilir və həyata keçirir. Çölyakla bağlı da dərin biliyə sahibdir. Əlaqə məlumatları: dr.mircavid@gmail.com, mob: +994 70 209 20 10
Dr. Arzu Hüseynova (qastroenteroloq – hepatoloq), çölyak xəstəliyi ilə bağlı məlumatlıdır və diaqnostikasını aparır; e-poçt: huseynova.377@gmail.com, mob: +994 50 318 14 35
MediClub klinikası: mediclub.az, Üzeyir Hacıbəyli, 119 POST AZ1010, tel: +994 012 497 09 11\12
Dr. Günay Bayramova (qastroenteroloq) – gunay.bayramova.75@mail.ru, tel mob: +994 50 569 03 55