
Çölyak xəstələri üçün qidalar: Lifləri yaddan çıxarmayaq!
Bütün məhsullar Tərkibi və s.
Lifləri qlütensiz pəhrizə necə daxil edək?
Qlütensiz bir pəhrizdə ən çox meydana gələ biləcək problemlərdən biri də lif çatışmazlığıdır. Bu yerdə “Çölyak xəstəliyi olan şəxslər üçün qidanın tərkibində liflər varmı?” sualı ortaya çıxır. Qlütensiz məhsulların əksəriyyəti, qatılaşdırıcı xüsusiyyətlərinə görə düyü unu kimi çox rafinə olunmuş unlardan, nişastalardan hazırlanır. Məhz rafinə olunma prosesi taxılın lif, mineral və B qrupu vitaminləri ilə zəngin olan xarici hissəsinin qəbuluna imkan vermir. Buna görə liflərin orqanizmə lazımi və davamlı şəkildə daxil olmasını təmin etmək lazımdır. LARN-a görə, İtaliya əhalisi üçün tövsiyə olunan qida qəbulu səviyyəsinin böyüklər üçün gündə 25-30 qram arasında lif olması vacibdir, uşaqlar üçün gündəlik rasionun 5 qram, +1 qram hər yaşa görə hesablanır, buna görə də 5 yaşlı uşağın tövsiyə olunan gündəlik lif rasionu 10 qram, 10 yaşlı uşaq üçün isə 15 qramdır.
İstənilən halda, lif qəbulu norma çərçivəsində və tədricən həyata keçirilməlidir: normadan artıq lif qəbulu kalsium, selenium, dəmir və sink də daxil olmaqla, müəyyən mineralların sorulmasına mane ola bilər. Liflər maye ilə münasibətdə, əsasən həll olunan və həll olunmayanlara bölünə bilər.
Həll oluna bilən lif su ilə təmasda olarkən jelatin kütləsi yaradır, şəkər və yağların udulmasını tənzimləyir və doyma hissinə cavab verir. Bu da öz növbəsində sağlam çəki saxlamağa, ürək-damar xəstəliklərinin və şəkərli diabetin qarşısını almağa, həmçinin qida ilə daxil olan xolestrolu azaltmağa kömək edir. Onlar meyvə və onun qabığı, paxlalı bitkilər, kartof, yerkökündə olur. Hiqroskopik təsirə malik həll olunmayan liflər bağırsağın funksiyalarının tənzimlənməsinə cavab verir. Onlar əsasən müəyyən növ tərəvəzlərdə (brokkoli, ənginar, kələm) və bütün dənli bitkilərdə olur.
Beləliklə, liflər çölyak xəstəliyi olan şəxslər üçün qidalarda da vacibdir. Belə ki, liflər bağırsaqlara qoruyucu təsir göstərərək onların funksionallığını artırır, nişasta və şəkərin səbəb olduğu qlikemik yükü tənzimləyir, xolesterol və triqliserid səviyyəsini artıraraq toxluq hissini yaradır, eləcə də orqanizmə detoksifikasiya təsiri vardır.
Lif qlütensiz pəhrizə necə daxil edilə bilər?
Çölyak xəstəliyi olan şəxslər üçün lazımi lif qəbulunu təmin edən qidalar haqqında bəzi məsləhətlər: gündə ən az 5-6 porsiya meyvə və tərəvəz istifadə edin, həftədə 1-2 dəfə paxlalı bitkilərdən yeyin, pəhrizinizə qlütensiz dənli bitkiləri daxil edin.
Hal-hazırda, “Pane Casereccio” və “Cereale del Mastro Panettiere” kimi bir çox qlütensiz qidalar qarabaşaq və sirkən (kinoa) kimi dənli və ya yalançı dənli bitkilərlə doldurulur, düyü kəpəyi və kətan toxumu ilə zənginləşdirilir ki, bu da pəhrizi liflə təmin etməyə imkan yaradır.
Gündəlik menyuya nümunələr:
- Səhər yeməyi: Bir fincan südlü qlütensiz sıyıq və ya cem və meyvə ilə iki dilim qlütensiz çörək, xırçıldayan müsli günə enerji ilə başlamaq üçün dadlı və sağlam qida hesab edilir.
- Qəlyanaltı: Qabığı ilə birlikdə yeyilə bilən bir porsiya meyvə.
- Nahar: Bütöv pomidor ilə düyü, sendviçlə birgə meyvə və ya tərəvəzlər.
- Nahar və şam yeməyi arasında yüngül yemək: Dənli bitkilərdən hazırlanmış peçenye, cem və meyvə şirəsi
- Şam: İspanaq və çörək, meyvə və ya tərəvəz, paxlalı bitkilər ilə zəngin “Provencal” şorbası ilə qızardılmış toyuq filesi. Bəzən özümüzə “Mix Dolci – Mix C Schär” və “Mix It Rustico” qarışığından hazırlanan “Antica” kimi ləzzətli bir tort bişirə bilərik.