
Qayğısız və ləzzətli bir səyahət
Bütün məhsullar Səyahətlər
Bol günəşli bir tətil planlaşdırırsınız? Tez-tez iş üçün səyahət edirsiniz? Yoxsa öz şəhərinizdə bir restoran axtarırsınız? Qayğısız həyatdan zövq almaq üçün bizə etibar edin. Biz Schär olaraq sizə yaxında yerləşən və eləcə də bütün dünyada qlütensiz məhsulları təmin edən supermarketlərin, restoranların və mehmanxanaların yerini xəritədə göstərə bilərik.
Qlütensiz səyahətdən bəhs edirsiniz? Schär-la bu çox asandır
Bir çox ölkələrin qlütensiz ünvanları ilə dolu olan “GlutenfreeRoads” adlı tətbiq və onlayn portal barədə bəlkə də artıq eşitmisiniz. Bütün bunlar sizə qlütensiz alış-verişinizi, nahar fasilələrinizi və səyahətlərinizi sadə və optimal şəkildə planlaşdırmağa kömək edən Schär xidmətləri qalaktikasının bir hissəsidir. Bu tətbiq sizi geniş sayda ünvanlarla və daim böyüyən məlumat bazası ilə təmin edir.
Biz öz keyfiyyət sistemimiz və eləcə də Schär Klub icmasından gələn rəylər, şərhlər və qiymətləndirmələr sayəsində maksimum təhlükəsizliyə zəmanət veririk. Portal qlütensiz məhsullarla bağlı fikir mübadilələri, maraqlı məruzələr və təkliflər vasitəsilə inkişaf edir. Beləcə biz ən müxtəlif mənbələrdən faydalanaraq qlütensiz məntəqələri müntəzəm olaraq yeniləyə və yoxlaya bilirik.
Ayaqüstü qəlyanaltılar, dadlı bir nahar və ya dəbdəbəli bir şam yeməyi
Bizim məqsədimiz bütün qayğılarınızı geridə qoyacağınız “daha qlütensiz” bir dünya yaratmaqdır. Tətildə olarkən, iş səyahətinə çıxarkən və ya sadəcə ürəyinizdən yemək bişirmək keçmədikdə icazə verin sizi yüksək əhval-ruhiyyədə saxlayaq və “normal” həyatdan zövq almağınıza kömək edək. Evdən kənarda və ya evdən çıxmaq üzrə olarkən mükəmməl qlütensiz qida ilə bağlı ehtiyacınız olan hər şeyi tətbiqimizdə tapa bilərsiniz. Siz qlütensiz kafeləri, restoranları, pizza və dondurma kafelərini ölkələrə, şəhərlərə və ya öz bölgənizə görə axtarışa verə bilərsiniz. Schär Klub icmasında öz təcrübələrinizi bölüşə və reytinqləri nəzərdən keçirə bilərsiniz. Bu fürsətdən yararlanın!
Qlütensiz alış-veriş etmək indi çox asandır
Ürəyiniz qlütensiz şirniyyat çəkir, və ya çörəyiniz qurtarıb? Sizə yaxın ərazidə və ya dünyanın istənilən yerində Schär-ın qlütensiz məhsullarının satıldığı supermarketləri və digər mağazaları buradan tapa bilərsiniz.
Qayğısız qonaqlama
Uğurlu bir tətilin alfası və omeqası təbii ki, qonaqlama məkanıdır. Getdiyiniz tətil kurort bölgəsində mehmanxanalardan tutmuş “çarpayı + səhər yeməyi” versiyasına qədər qlütensiz səhər yeməyi servis edən bir sıra qonaqlama növlərini axtarışa verin.
Schär-ın “Schär Gluten Free” tətbiqi ilə daim qlütensiz həyat
Qlütensiz səyahət və qidalanma ilə bağlı bütün məlumat və xidmətlərimizə daha sürətli və daha asan çıxış əldə etmək üçün “Schär Gluten Free” tətbiqinə nəzər salın. Bu yeni tətbiq məşhur “GlutenfreeRoads” tətbiqini əvəz edir. İstifadəsi asan və intuitiv olan bu tətbiq ən yeni nəsil internet texnologiyasından istifadə edir və qlütensiz məntəqələrin axtarışını asanlaşdırır. Qlütensiz ünvanların tapılması ilə bağlı praktiki köməyə əlavə olaraq siz burada səhifənin bütün bölmələrinə nəzər sala bilərsiniz: reseptlər, məhsullar və ya qidalanma planları. Bundan əlavə, tətbiq sizə GPS yeri və marşrut planlaşdırması ilə radiusda axtarış aparmağa imkan verir və yerləşdiyiniz əraziyə yaxın qlütensiz ünvanları tapmağa kömək edir. Bu yeni tətbiqlə qlütensiz alış-veriş, qidalanma və evdən kənarda vaxt keçirmək daha sürətli və asan olacaqdır. Bu ödənişsiz tətbiq real vaxtda səyahətinizi planlaşdırmağa kömək edir və beləliklə siz qayğısız bir tətilin dadını çıxarmış olmursunuz.
Və bununla bitmir! Sözügedən tətbiq Schär-ın qlütensiz resept arxivinə, qlütensiz həyatla bağlı ən son yeniliklər və məqalələrə, habelə Schär-ın əvvəlki və yeni məhsullarına birbaşa çıxış imkanı verir. Bütöv qlütensiz qalaktika ödənişsiz bir tətbiqdə cəmlənmişdir! “Schär Gluten Free” tətbiqini iOS və ya Android tipli smartfonlarınıza yükləyin.
Bizim keyfiyyət sistemimiz qlütensiz təhlükəsizliyə zəmanət verir
Bizim məlumat bazamız alış-veriş, qonaqlama və səyahətlərlə bağlı öz yüksək keyfiyyəti və etibarlılığı ilə seçilən qlütensiz ünvanlarla doludur. Qayğısız bir tətildən zövq almağınız üçün mürəkkəb bir keyfiyyət sistemi yaratmışıq:
- Qlütensiz mağazaların, restoranların və qonaqlama məkanlarının işçi heyəti öz ünvanlarını sərbəst şəkildə daxil edə bilərlər.
- “Schär Club” icması bu məntəqələrlə bağlı məruzə verə bilər.
- Ünvanların təsdiqlənməsi hərtərəfli keyfiyyət nəzarətindən sonra həyata keçirilir. Keyfiyyətə dinamik və davamlı nəzarət üçün məlumatlar həm Schär komandası tərəfindən, həm də “Schär Club” icmasının reytinqləri və şərhləri vasitəsilə yoxlanılır. Yeni məlumatlar, şərhlər və rəylər formasında verdiyiniz töhfələr bizim üçün əvəzolunmazdır!