ümumi
Tərkibi
125 q | laktozasız kərə yağı |
125 q | şəkər |
1 | yumurta (M) |
1 | yumurtanın sarısı |
1 | orqanik limon |
250 q | |
1/2 ç/q | ksantan saqqızı |
100 q | şəkər pudrası |
bir az | limon suyu |
Hazırlığı
- Kərə yağını və şəkəri köpüklənənə qədər çalın. Yumurtanı və sarını əlavə edib hamarlaşanadək qarışdırın. Rəndədən keçirilmiş limon qabığını əlavə edin.
- Unu ksantan saqqızı ilə qarışdırıb, qarışığa əlavə edin və yenidən qarışdırın. Xəmiri bir saat soyuducuda saxlayın. Xəmir yumşaq olmalıdır.
- Xəmirdən qoz ölçüsündə kündələr düzəldib üzərinə perqament kağızı sərilmiş soba sinisinə yerləşdirin. Peçenyelər bişərkən qabardığı üçün onları bir-birindən aralı məsafədə yerləşdirin.
- Sobanı əvvəlcədən isidin və peçenyelərin aşağı küncləri kəhrəba rəngini alanadək 170° C temperaturda (həm alt, həm də üst gözləri işlək vəziyyətdə) 12-14 dəqiqə bişirin. Şəkər pudrasını limon suyu ilə qarışdırıb çox da qatı olmayan şirə hazırlayın.
- İsti peçenyelərin üzərinə şirəni çəkib, soba sinisinin üzərində soyumasını gözləyin. Daha sonra onları saxlama qutusuna yerləşdirin.
- Tövsiyə: Limonun yerinə təbii portağal da istifadə edə bilərsiniz.