
ümumi
Zərif dadı və ləzzətli tərkibi ilə bu qlütensiz kiçik kökə, həqiqətən, bənzərsizdir! Aşağıdakı resepti sınayaraq yerkökü, qatıq, bal və ən yaxşı qlütensiz un qarışığından zövq alın!
Tərkibi
2 x/q |
bal |
5 x/q |
ilıq süd |
1,5 x/q |
quru maya |
1 |
yumurta |
1 ədəd |
orta ölçülü yerkökü |
1 stəkan |
şəkərsiz qatıq |
3 x/q |
günəbaxan yağı |
1 ç/q |
duz |
500 q |
|
1 |
yumurtanın sarısı |
Üzərinə səpmək üçün: |
|
küncüt |
Hazırlığı
- Balı ilıq südlə qarışdırın.
- Təbii mayanı qarışığa əlavə edin və köpüklənənədək 5 dəqiqə gözləyin. Qarışığı kənara qoyun.
- Yumurtanı, yerkökünü, qatığı, yağı və duzu mikserdə yekcins hala gələnədək çırpın.
- Digər bir kasaya mikser qarışığını, balı, mayanı və Mix Pane – Mix B Schär ununu tədricən əlavə edin. Xəmir əlinizə yapışmamağa başlayanadək yoğurun.
- Xəmiri yaxşıca yoğurduqdan sonra kiçik kökələr düzəldin və onları yapışmayan siniyə yerləşdirin.
- Kökələrin üzərini örtün və 30 dəqiqə gözlədin.
- Xəmirin üzərini yumurta sarısı ilə fırçalayın və küncüt səpin. Əvvəlcədən 180°C-də qızdırılmış sobada təminən 45 dəqiqə bişirin.