Veqan Falafel Bükmələr 

Veqan Falafel Bükmələr 

Bütün məhsullar Bitki tərkibli

ümumi

Yolda olarkən dadlı və gözəl bir nahar yeməyi arzulayırsınız? Onda bu veqan falafel bükmələri sizin üçün mükəmməl bir seçim olacaqdır!

Tərkibi

Falafel üçün:

400 q

isladılmış və yaxalanmış noxud

1 baş

qırmızı soğan

2

diş sarımsaq

2 x/q

kimyon

1/4 ç/q

darçın

1/2 ç/q

çili bibər tozu

4 x/q

noxud unu

1 ovuc

cəfəri

1 ç/q

duz

zövqə görə

qara istiot

Sous üçün:

4 orta

ölçülü pomidor

1 orta

ölçülü şallot soğanı

Yarım laym suyu

1 x/q

duru yağ

Doğranmış cəfəri

və ya

doğranmış keşniş

Zövqə görə

duz və istiot

Əlavə olaraq:

1 ədəd

dilimlənmiş avokado

1 x/q

günəbaxan yağı

4 ədəd

lavaş

1 paket

qarışıq göyərti

Hazırlığı

Salsa üçün:

  • Pomidorları və şallot soğanını kiçik kublar şəklində doğrayıb üzərinə digər inqrediyentləri əlavə edin. Birlikdə qarışdırıb kənara qoyun.

Falafel üçün:

  • Bu mərhələdə mətbəx robotundan istifadə edin.
  • Cəfəridən başqa bütün digər inqrediyentlərlə birlikdə noxudu da əlavə edin.
  • Tam həll olana qədər blenderdan keçirdin. Qatılığını yoxlayın. Əgər kifayət qədər qatı deyilsə un əlavə edib yenidən qarışdırın.
  • Cəfərini incə doğrayıb falafel yağının içinə qatın.
  • Duzluluğunu yoxlayın. Əgər ehtiyac olarsa bir qədər də duz əlavə edib qarışdırın.
  • Bükmənin daxilinə asanlıqla yerləşdirə biləcəyiniz şəkildə falafelləri (kiçik ‘’qəpik’’) düzəldin. Yapışqan olarsa əlinizi yağlayın.
  • Tavada günəbaxan yağını qızdırın (maksimum 1 x/q). Kiçik “qəpik” falafelləri içinə əlavə edib orta atəşdə hər iki tərəfi qızılı rəng alana qədər bişirin. Tavanın qapağını örtmək də mümkündür.
  • Bükmələri qızdırıb salat qarışımını, avakado dilimlərini, falafelləri və pomidor salsasını əlavə edin. Bürmələyib dadına baxın!