
Ricotta pendirli və ispanaqlı ravioli
Bütün məhsullar Bitki tərkibli
ümumi
Ləzzətli və çox sadə bir yemək! Bu ravioli üçün sous seçiminə gəldikdə, öz xəyal gücünüzü işə sala bilərsiniz.
Tərkibi
420 q |
|
4 |
yumurta |
4 x/q |
qarğıdalı yağı |
4 x/q |
su |
duz |
|
300 q |
ricotta pendiri |
150 q |
ispanaq |
1 |
yumurta |
50 q |
rəndədən keçirilmiş parmezan pendiri |
muskat |
|
duz, istiot |
Hazırlığı
- Unu ehtiyatla ələkdən keçirib taxtanın üzərində qalaq yaradın və ortasında çuxur açın.
- Yumurta, su və yağı çuxura əlavə edib çəngəl ilə qarışdırın.
- Xəmir hamar və qatı olanadək əllərinizlə yoğurun.
- Xəmiri bir qaba qoyub üzərini nəm parça ilə örtün.
- Paralel olaraq içi hazırlayın: Bişmiş ispanağı incə doğrayın, yumurta, ricotta pendiri, rəndədən keçirilmiş muskatı və duzu əlavə edib yaxşıca qarışdırın.
- Daha sonra rəndədən keçirilmiş parmezan pendirini əlavə edib yenidən qarışdırın. Xəmiri kasadan çıxarıb biraz yoğurun və iki hissəyə bölün.
- Eyni ölçüdə və qalınlıqda iki hamar xəmir əldə edənədək oxlovla hər iki hissəni yayın.
- Çay qaşığından istifadə edərək xəmir hissələrindən birinin üzərinə bir-birinə bərabər məsafədə yerləşən kiçik ölçüdə iç yerləşdirin.
- İçin hamısını istifadə edin. Daha sonra xəmirin ikinci hissəsini ehtiyatla onun üzərinə sərin.
- Hər bir kiçik için ətrafında barmaqlarınızla xəmiri yüngülcə basın və daha sonra kəsmə çarxından istifadə edərək xəmiri kiçik kvadratlar halında kəsin.
- Əgər ravioli qəlibiniz varsa, xəmirin bir hissəsini onun üzərinə sərib içi müvafiq paylar şəkildə yerləşdirin. Xəmirin digər hissəsini üzərinə sərib, yüngülcə basın və oxlovla üzərindən keçin.
- Raviolini 1-2 xörək qaşığı qarğıdalı yağı əlavə edilmiş bol duzlu suda 6 dəqiqə ərzində qaynadın. Arada ehtiyatla qarışdırın.
- Raviolini istəyə görə süfrəyə verin: məsələn, əridilmiş kərə yağı və adaçayı ilə və ya pomidor sousu ilə.