
Qlütensiz şor qoğal
Bütün məhsullar Ev çörəyi-Xəmir
ümumi
Novruz süfrəsinin olmazsa olmazı, qlütensiz yaşamda ən çox darıxdığımız bişmişlərdən olan şor qoğalı Schaer Mix B qarışımı ilə artıq qlütensiz də dada bilərsiniz.
Tərkibi
Xəmir üçün |
|
1 |
stəkan ilıq süd |
1 |
yemək qaşığı şəkər tozu |
1 |
çay qaşığı maya |
1 |
çay qaşığı duz |
1 |
ədəd yumurtanın ağı |
1/4 |
stəkan duru yağ |
3 |
|
İçlik üçün |
|
1/2 |
|
25 |
qr. kərə yağı |
1/2 |
dolu çay qaşığı razyana |
1/4 |
dolu çay qaşığı cirə |
1/4 |
çay qaşığı sarıkök |
1/2 |
çay qaşığı duz |
1/4 |
çay qaşığı qara istiot |
100 |
qr. kərə yağı |
1/4 |
st. duru yağ |
Üzərinə |
|
1 yumurta sarısı |
|
çörəkotu |
Hazırlığı
Hazırlanması
Əvvəlcə, içliyimizi hazırlayırıq, bunun üçün bütün inqredientləri tavaya töküb qarışdırırıq və 3-4 dəqiqə qovururuq.
Xəmir üçün
- İlıq südə şəkər və mayanı qatıb aktivləşməsini gözləyirik
- Maya aktivləşəndən sonra, qarışımın içinə duz, yumurtanın ağı, duru yağı da əlavə edib qarışdırırq
- Ardından, unu yavaş-yavaş daxil edirik, ələ yapışmayan yumşaq xəmir olana qədər yoğururuq
- Xəmiri 8 kündə edib üzərini streçlə örtürük ki, qurumasın
Hazırlanışı
- Kündələri bacardıqca nazik yayın, yırtılmasından narahat olmayin, qlütensiz olduğundan, bu, normaldır
- Hər kündəni açdıqdan sonra üzərini yaglayıb 7 açmanı üst-üstə yığın
- 8 ci kündəni açın, amma yağlamadan o birilərin üzərinə qoyun
- İndi 8 açmanı hamısı birlikdə oxlovla bacardığınız qədər yayın
- Yaydığınız xəmiri 3-4 sm enində zolaqlara kəsin
- Zolaqları rulon kimi burun və sonunu altına qatlayıb üzərindən basdırın
Üzərinə
- Yumrta sarısı və süd qarışımını çəkin və çörəkotu səpin
- 210C sobada alt-üst rejimində üstü qəzarana qədər bişirin