Pizza və ya çörək

Bütün məhsullar

ümumi

Pizza və ya çörək: bircə xəmirlə iki təam!

Tərkibi

150 q

Mix B – un qarışığı

5 q

təzə maya

120 ml

ilıq su

5 q

duz

1 x/q

zeytun yağı

4 x/q

tomat püresi

125 q

Mozarella pendiri

zövqə görə bir az

duz

bir qədər

kəklikotu

1 ovuc

ənginar

1 ovuc

göbələk

1 ovuc

vetçina

Hazırlığı

  • Təzə mayanı ilıq suda həll edin (ilıq suyun çox az hissəsini bir kənara qoyun). Ələdiyiniz unu əlavə edin və yoğurun.
  • Duzu qalan suyun içində həll edin və qarışığa əlavə edin. Sonda bir az zeytun yağı əlavə edin və yoğurmağa davam edin.

Pizza üçün:

  • Xəmiri kündələyin və qabarması üçün təxminən 30 dəqiqə isti və nəmli yerdə saxlayın. Xəmirin həcmi ikiqat artıqdan sonra onu oxlovla yayın. Yayılmış xəmiri bişirmə kağızı ilə örtülmüş soba sinisinin üzərinə sərin.
  • Üzərinə tomat püresini çəkin, xırda doğranmış mozarella pendirini səpin və istədiyiniz ədviyyatları əlavə edin.
  • Əvvəlcədən 200° C-də isidilmiş sobada təxminən 30 dəqiqə bişirin.

Çörək üçün:

  • Xəmiri çörək formasına salın. Çörəyi bişirmə kağızı ilə örtülmüş soba sinisinin üzərinə yerləşdirin və qabarması üçün təxminən 30 dəqiqə isti, rütubətli yerdə saxlayın.
  • Həcmi ikiqat artdıqdan sonra əvvəlcədən 200°C-də isidilmiş sobada təxminən 30 dəqiqə bişirin.