
Mal ətindən Çudu
Bütün məhsullar Ət
ümumi
Ənənəvi Argentina reseptinin qlütensiz versiyası.
Tərkibi
Xəmir üçün: |
|
125 ml |
ilıq su |
180 q |
|
40 q |
kərə yağı |
İçlik üçün: |
|
500 q |
çəkilmiş mal əti |
2 x/q |
zeytun yağı |
2 baş |
doğranmış soğan |
1 ç/q |
şirin bibər tozu |
1 ç/q |
qırmızı çili bibəri |
1 x/q |
kəklikotu zövqə görə duz, istiot |
yaşıl zeytun |
|
1 ovuc |
kişmiş |
Hazırlığı
Xəmirin hazırlanması:
- Unu və kərə yağını bir qaba qoyun və üzərinə isti su tökün.
- Bütün inqrediyentlər bir-birinə tam qarışanadək əlinizlə yoğurun.
- Xəmir yumşalmalı və işləmək üçün müvafiq hala gəlməlidir.
- Xəmiri kiçik kündələrə ayırın və oxlovla nazik yayın.
- Daha sonra kəsici ilə kəsin.
- İçliyi əlavə etməzdən əvvəl xəmirin bir az da açılması üçün üzərindən oxlovla bir daha yüngülcə keçin.
- Qiyməni xəmirin içinə qoyun və xəmiri bükün (kənarları necə bükməyi bilmirsinizsə, sadəcə, kənarlarına çəngəllə basın ki, sıx bağlansın).
İçliyin hazırlanması:
- Bir tavaya zeytun yağı və soğanı əlavə edib bişirin.
- Çəkilmiş əti əlavə edin və ətin tam bişməsindən əmin olmaq üçün yaxşıca qarışdırın.
- Şirin bibər tozu (1/4 stəkan suda həll olunmuş şəkildə), qırmızı çili bibəri, kəklikotu, duz və istiotu əlavə edin.
- Təxminən 10 dəqiqə qovurun.
- Ocağı söndürün və zeytunları (əgər istəsəniz, doğranmış halda) əlavə edin.
- Zeytunları bütöv sevirsinizsə, onda onları daha sonradan kişmiş və istəsəyə uyğun olaraq, qaynadılmış, doğranmış yumurta ilə birgə əlavə etmək üçün kənarda saxlayın.
- Hər şeyi qarışdırın və soyuması üçün gözlədin.
- Soyumuş qiyməni yayılmış xəmirin üzərinə qoyun. 1 ədəd çalınmış yumurta ilə fırçalayın. Əvvəlcədən 180°C-də isidilmiş sobada üzəri qızaranadək bişirin.