Mərmər görünüşlü balqabaqlı brauni
Bütün məhsullar Tort-Qurabiyə-Şirniyyatlar
ümumi
Şokoladlı, yupyumşaq, unikal! Bu mərmər görünüşlü balqabaqlı brauni çox məxsusidir və hər bir balqabaq və şokolad həvəskarını ilk baxışdan valeh edecek.
Tərkibi
100 qr |
|
200 qr |
kərə yağı (və əlavə 2 xörək qaşığı) |
300 q |
balqabaq məti (məs. Hokkaydo növü) |
2 |
şəkər |
200 qr |
tünd şokolad |
3 ədəd |
yumurta |
220 qr |
şəkər tozu |
1 xörək qaşığı |
qabartma tozu (qlütensiz) |
85 q |
şəkərsiz kakao tozu |
100 qr |
qoz |
25 qr |
qabıqlı püstə |
1 ədəd |
portağal (şirəsi və qabığı) |
1/2 çay qaşığı |
darçın |
|
təzə rəndələnmiş muskat qozu |
|
1/4 çay qaşığı |
üyüdülmüş zəncəfil |
2 xörək qaşığı |
soya qatlğı |
150 qr |
şəkər tozu |
3 xörək qaşığı |
qrenadin |
|
nar dənələri (bir meyvədən) |
|
|
tava üçün yağ |
Hazırlığı
- 2 xörək qaşığı kərə yağını tavada əridin. Balqabağı yuyub təmizləyin və iri-iri doğrayın.
- Balqabağın üzərinə 2 xörək qaşığı şəkər və kərə yağı səpin soba listinə düzün və bişirmə kağızı ilə üzərini örtün .
- Əvvəlcədən isidilmiş sobada (elektrik sobası: 200 °C/konveksiya soba: 175 °C/ qaz: istehsalçının təlimatlarına baxın) yumşaq və yüngül karamelləşənə qədər bişirin. Balqabağı çıxarın və soyumağa buraxın.
- Şokoladı doğrayın. 200 q kərə yağı və şokoladı daim qarışdıraraq vam odda əridin.
- Yumurta və 220 q şəkəri köpüklənənə qədər çalın. Şokoladı yumurta qarışığına tökün və qarışdırın.
- Mix C unu, qabartma tozu və kakao tozunu qarışdırın və yumurta qarışığının üstünə ələyin.
- Qoz və püstələri gəlişigözəl doğrayın. Xəmirə qoz, püstə və portağal qabığını qatın.
- Şokoladlı qarışığı yağlanmış dördbucaqlı formalı qaba tökün və üstünü hamarlayın.
- Balqabaq, darçın, muskat və zəncəfili hündür bir blenderə yerləşdirin, qatıq əlavə edin yaxşı qarışana qədər qarışdırın.
- Balqabaq püresini az-az şokoladlı qarışığa qatın və əvvəlcədən isidilmiş sobada (elektrik sobası: 175 °C/konveksiya sobası: 150 °C/qaz sobası: istehsalçının təlimatlarına baxın) təqribən 25 dəqiqə bişirin.
- Tortu sobadan çıxarın və təxminən 1 saat sərinləmək üçün buraxın.
- Qlazur üçün şəkər tozu, qrenadin və portağal şirəsini qarışdırın.
- Narı yarıya bölün və dənələyin .
- Tortu qəlibdən çıxarın, dilimləyin, üzərinə qlazur tökün və nar dənələri səpin.