Lobyalı makaron salatı

Lobyalı makaron salatı

Bütün məhsullar

ümumi

Makaron salatı hər vəziyyətdə yeyə biləcəyiniz bir yemək növüdür. Yüngül nahar üçün sevdiyiniz tərəvəzlərlə birlikdə yeyə bilərsiniz. Daha doyumcul olması üçün toyuq parçaları əlavə edərək faydalı və qidalandırıcı bir yemək əldə etmək mümkündür.

Tərkibi

150 q

Fusilli

250 q

lobya

80 q

qarğıdalı

1 ədəd

pomidor

4 ədəd

böyük xiyar turşusu

200 q

toyuq filesi

2 x/q

mayonez

2 x/q

şəkərsiz qatıq

1 x/q

doğranmış göy soğan

1 x/q

kanola yağı

və ya

1 x/q

kokos yağı

Toyuq üçün:

1 çimdik

duz və istiot

Hazırlığı

  • Makaronu qablaşdırmanın üzərində göstərilmiş təlimata uyğun bişirin və soyumağa buraxın.
  • Eyni zamanda toyuğun döş ətini yuyub, kub şəklində doğrayıb, kasaya qoyub zeytun yağı və ətirli otlar qataraq qarışdırın
  • Tavanı qızdırın və əti yüksək odda bişirin, sonra isə soyumağa buraxın.
  • Xiyar turşusunu doğrayın. Pomidoru soyub böyük parçalara doğrayın.
  • Lobya və qarğıdalını qurudun. Bütün inqrediyentləri qarışdırıb üzərinə duz və istiot səpin.