
Limonlu Piroq
Bütün məhsullar Tort-Qurabiyə-Şirniyyatlar
ümumi
Evdə hazırlanmış limonlu piroq reseptimizin təravətləndici və turşməzə ləzzətindən zövq alın. İstənilən hadisə üçün mükəmməl olan bu piroq üstündə zərif limon kremi və yüngül, havalı italyan bezesi, altında isə yağlı xəmirdən ibarətdir. İstər yay yığıncaqları üçün, istərsə də qonaqlarınızı heyran etmək üçün ləzzətli bir desert axtarırsınızsa, bu limonlu piroq mütləq hit olacaqdır. Həm ləzzətli, həm də vizual olaraq cəlbedici bir tort hazırlamaq üçün addım-addım təlimatlarımızı izləyin. Sərinlədici effekt üçün soyuq şəkildə servis edin. Limonlu piroq reseptimizi dənəyin və desert levelinizi yüksəldin!
Tərkibi
Limon kremi üçün: |
|
250 ml |
süd |
100 qr |
şəkər |
50 qr |
qarğıdalı nişastası |
30 qr |
soyuq kərə yağı, doğranmış |
5 |
yumurta sarısı |
1 |
limonun qabığı və suyu |
Yağlı xəmir üçün: |
|
160 qr |
|
75 qr |
kərə yağı |
50 qr |
şəkər pudrası |
40 qr |
yumurta sarısı |
İtalyan bezesi üçün: |
|
100 qr |
şəkər |
90 qr |
yumurta ağı |
25 qr |
su |
Hazırlığı
10-12 sm diametrli üç tartlet üçün
- Bir qabda kərə yağı ilə Mix Pâtisserie qlütensiz ununu umac olana kimi qarışdırın . Umac əldə etdikdən sonra yumurta sarısını əlavə edin və yaxşıca qarışana kimi yoğurun. Xəmiri qida filmiylə örtüb bərkiyənə qədər soyuducuya qoyun. Tələsirsinizsə, yarım saatlıq buzluğa qoya bilərsiniz.
- Xəmir bərkidikdən sonra, onu dondurucudan çıxarın, unlu bir səthdə yayın və yayıb çıxarıla bilən tartlet qəliblərinə qoyun. Xəmir bişərkən qalxmasın deyə, tartaletin içinə bişirmə kağızı qoyub, düyü ilə doldurun və 180 ºC-də on iki dəqiqə bişirin. On iki dəqiqədən sonra, düyü və bişirmə kağızını çıxarıb, tartletləri daha on iki dəqiqə və ya azca qızılı olana qədər bişirin.Qoyun soyusun.
- Tartletlər soyuyana qədər, limonlu kremi hazırlayın. Bir qabda qarğıdalı nişastası, şəkər və yumurta sarısını birləşənə qədər qarışdırın. Sonra südün yarısını əlavə edin, həll olunana qədər çırpın, sonraa qalan südü tökün. Limonun qabığını rəndələyin və suyunu qarışığa sıxın; daha yüngül limon dadına üstünlük verirsinizsə, limonun miqdarı azalda bilərsiniz.
- Qarışımı ocağa qoyub qarışdırmağı dayandırmadan onun qatılaşmasını gözləyin. Qatılaşan kimi götürün və bir qaba tökün. Kremin səthini yapışqan filmlə örtün və otaq temperaturunda soyumağa qoyunn. Krem ilıq olduqdan sonra tartletləri doldurub, beze hazır olana qədər onları yapışqan filmlə örtə bilərsiniz.
- Limon pastasını tamamlamaq üçün italyan bezesini hazırlayın. Bunu etmək üçün, şəkər və suyu bir qazanda 118-120 ºC-dən çox olmayan orta istilikdə qaynadaraq, bir şərbət hazırlayın. Kənarda bir qabda, yumurta ağını yumşaq, lakin möhkəm bir köpük meydana gələnə qədər yüngülcə çalın. Çırpmağa davam edərək şərbəti tədricən tökün. Tamamilə qarışdıqdan sonra, bezeni istədiyiniz forma və ölçüdə sıxma torbasına qoyun.
- Bezeni tartletlərin üzərindəki kremin üstünə sıxın, bütün səth örtülsün. Bu mərhələdə bezeni qaz lampasıyla qızartmaq da olar və ya istəyə görə olduğu kimi saxlamaq olar. Limon qabığını və ya laym və qreypfrut kimi başqa sitrus meyvəsinin qabığını üzərinə sürtgəçdən keçirin.