
ümumi
Qonaqlarınız bu karnaval peçenyelərindən həzz alacaqlar. Hazırlanması asan, özləri isə çox ləzzətlidirlər!
Tərkibi
100 q |
kərə yağı |
100 q |
şəkər tozu |
80 q |
qəhvəyi şəkər tozu |
1 |
yumurta |
200 q |
|
3 q |
soda |
50 q |
kərə yağı |
50 q |
rəngli şokolad parçacıqları |
Bəzək üçün: |
|
100 q |
rəngli şokolad parçacıqları |
Hazırlığı
- Sobanı əvvəlcədən 175°-də isidin.
- Böyük bir kasada şəkər tozunu, qəhvəyi şəkər tozunu və kərə yağını mikserlə orta sürətdə və ya qaşıqla qarışdırın. Bir yumurta əlavə edib qarışdırmağı davam edin.
- Un, soda, kərə yağı və 80 q şokolad parçacıqları əlavə edib qarışdırın.
- Bir qaşığın köməyi ilə 25 qramlıq toplar düzəldib perqament kağızı sərilmiş soba sinisinin üzərinə yerləşdirin.
- Bişərkən şişdikləri üçün topları bir-birindən aralı məsafədə yerləşdirin.
- Bişirməzdən öncə hər peçenyenin üzərinə bir az şokolad parçacığı səpib 10 dəqiqə ərzində və ya açıq qəhvəyi rəng alanadək (mərkəzi yumşaq olacaq) 175°-də bişirin.
- 2 dəqiqə gözləyib sinidən çıxarın və simli sininin üzərində soyudun.