Kəvər-soğanı şorbası
Bütün məhsullar Bitki tərkibli
ümumi
Faydalı bir tərəvəz şorbası ilin hər fəsli üçün ideal seçim sayılır və bu şorbalardan biri olan kəvər-soğanı şorbasını siz evinizdə çox rahat bir şəkildə hazırlaya bilərsiniz. Bədəni isti və tox saxlayan bu şorbanı bir dilim çörəklə yeyin, budur sizin qlütensiz naharınız.
Tərkibi
1,5 l |
bulyon |
300 q |
kəvər-soğanı |
50 q |
kərə yağı |
1 |
baş soğan |
20 q |
|
Zövqə görə: |
duz, şirin bibər tozu |
4 dilim |
Hazırlığı
- Qazanda yağı qızdırdıqdan sonra üzərinə soğanı əlavə edin. Kəvər-soğanını yuyun və halqalar şəklində doğrayıb yağda qovurun.
- 20 q un əlavə edin və qatılaşıb yüngülvari qızılı rəng alanadək qovurun.
- Bulyonu əlavə edib yaxşıca qarışdırın.
- Kəvər-soğanı yumşalana qədər şorbanı bişirin. Zövqə görə duz və qara istiot əlavə edin.
- Kəvər-soğanı dilimləri ilə bəzədilmiş şorbanı bir dilim çörəklə süfrəyə verin.