İspanaqlı kiş

İspanaqlı kiş

Bütün məhsullar Asan və tez

ümumi

 

 

 

 

 

 

Yazın yaşıllıqlarını dadmağın əsl vaxtıdır! Təzə ispanaq, qaymaq, pendir və kövrək xəmir…Bundan gözəl yaz yeməyi?

Tərkibi

Baza:

180 qr

qlütensiz un

110 qr

soyuq kərə yağı

1

yumurta

1xq

soyuq su

1

çimdik duz

İçlik:

2

yumurta

120ml

qaymaq

duz, istiot

250 qr

bişmiş ispanaq

100 qr

pendir

Hazırlığı

Xəmir

  • Una duz qatıb,  soyuq kərə yağını əlavə edib, umac edirik
  • Üzərinə yumurtanı əlavə edib yoğurmağa başlayırıq
  • Soyuq su da əlavə edib yumşaq xəmir yoğururuq
  • Xəmiri 0.5 sm qalınlığında yayıb, kiş formasına yayırıq
  • Üstünə bişirmə kağızı sərib, ağırlıq qoyub, sobaya göndəririk 180C də 10 dəqiqə bişsin. (Agırlıq noxud, lobya, düyü də olar. Bu onun üçündür ki, xəmir qalxmasin, formasını saxlasın.)

İçlik

  • İspanağı az duzla suyu çəkilənə qədər qovururuq
  • Qaymaq və yumurtaların üzərinə duz istiot töküb, yaxşıca çalırıq
  • Pendiri rəndələyirik

Baza 10 dəqiqə bişdikdən sonra sobadan çıxarıb, ağırlığı xəmirin üzərindən ğötürürük. Üzərinə əvvəl ispanağı, daha sonra qaymaq yumurta qarışımını, daha sonra isə, rəndələnmiş pendiri səpib, sobaya 20-25 dəq. daha bişməyə yollayırıq. Soyuduqdan sonra servis edin, nuş olsun!