İngilis maffinləri

İngilis maffinləri

Bütün məhsullar Ev çörəyi-Xəmir

ümumi

Bu asan əmələ gələn reseptlə özünüz ingilis maffinləri bişirməyin sevincini yaşayın. Səhər yeməyi, branç və ya dadlı qəlyanaltı üçün mükəmməl olan bu evdə hazırlanmış muffinlər yumşaq və ləzzətlə doludur. Schär Bread Mix, təzə çörək mayası və kərə yağı ilə hazırlanmış maffinlər, hisslər üçün bir bayramdır. Proses sadə, mükafat böyük: xəmirin yoğrulmasından tutmuş onun qalxmasına baxmaq və nəhayət, tavada muffinləri qızılı mükəmməlliyə qədər bişirmək. Krem pendir, paprika və fransız omleti ilə və ya sizin sevdiyiniz inqrediyentlərlə isti-isti, ya da isidilmiş halda həzz mənbəyi. Bişirmə qabiliyyətinizi zirvəyə qaldırın və bu klassik ingilis muffinlərinin evdə hazırlayıb özünüzlə fəxr edir.

Tərkibi

250 q

Schär Mix Bread unu

5 qr

təzə çörək mayası

5 qr

duz

10 qr

kərə yağı

15 qr

şəkər

100 ml

süd

90 ml

su

10 qr

günəbaxan yağı

Hazırlığı

  • Bir qabda bütün maye inqridienləri qarışdırın və üzərinə mayanı şəkərə qatıb həll edin. Həll olduqdan sonra unu əlavə edin və yoğurmağa başlayın. Yoğurmanın ortasında yağ, duz əlavə edin və hamar və elastik xəmir alınana qədər yoğurun. İlıq yerdə 50 dəqiqə mayalanmaq üçün saxlayın.
  • Xəmirin havasın çıxarın və bişirmə kağızına və ya yapışmayan səthə təxminən 1.5 sm qalınlığında yayın. 8,5 – 9 sm xəmir kəsicisyilə dairələr kəsin və ikiqat böyüyənə qədər yüngülcə unlanmış qabda mayalanmasıyçün gözləyin. Qurumasının qarşısını almaq üçün onları nəm bir dəsmal və ya bir plastiklə örtün.
  • Muffinləri bişirmək üçün tavanı orta odda isidin. İstilənədə, hər üzü beş dəqiqə olmaq şərtilə qapaq altında bişirin. Yaranmış buxar yaxşı bişmək və qalxmaq üçün lazımdır.
  • Yenicə hazırlanıbsa, otaq temperaturunda dərhal yeyilə bilər, yox əgər günlər əvvəlin boyatıdırsa, tavada azca qızdırılıb, yumşaq teksturasını qaytarıb yemək olar. Bu halda onlar krem ​​pendir, paprika və fransız omleti ilə, ya da kahı, pomidor və ya kolbasa ilə yeyilə bilər.