ümumi
Bu şirniyyatın mənşəyi Fransa olsa da, o, bütün dünyada tanınır və sevilir. Reseptimizi hazırlayın və bir fincan çay və ya qəhvənin yanında evdə bişmiş kruassanla səhər yeməyinizə dad qatın. Günə başlamaq üçün bundan yaxşısı yoxdur.
Tərkibi
600 q | |
15 q | təzə maya |
və ya | |
10 q | quru maya |
350 ml | süd |
50 q | marqarin |
1 | yumurta |
İstəyə əsasən: | |
60-80 q | şəkər |
İç üçün: | |
Bir az | mürəbbə |
və ya | |
Bir az | şokoladlı krem |
Hazırlığı
- İş zonasında ələnmiş undan ortası çuxurlu bir təpə düzəldin və mərkəzinə maya, süd, marqarin və yumurtanı qoyun. Hamısını yaxşıca qarışdıraraq xəmir yoğurun.
- ½ sm qalınlığına qədər xəmiri yaymağa davam edin.
- Bıçaq vasitəsi ilə xəmiri üçbucaqlar şəklində kəsin, hər birinin üzərinə bir qaşıq mürəbbə və ya şokoladlı krem qoyub baş tərəfindan ucuna doğru bükərək, kiçik buynuz şəklini almaları üçün yüngülcə əyin.
- Onları içinə bişirmə kağızı qoyulmuş soba tavasına düzərək, üzərilərini bir parçayla örtün və həcmləri iki dəfə artana qədər isti bir yerdə saxlayın.
- Kiçik buynuzcuqların səthini çalınmış yumurta sarısı ilə fırçalayın və əvvəlcədən qızdırılmış sobada 230 ° C-də 20 dəqiqə bişirin.
- Ehtiyac yaranarsa, kruassanları sobada daha uzun müddət də bişirə bilərsiniz. Diqqətli olun, nə qədər çox şəkər əlavə etsəniz, xəmirin rəngi bir o qədər tünd qəhvəyi olar.