
“Güc Tostları”
Bütün məhsullar Bitki tərkibli
ümumi
Sağlamlıqla dolu Pan Rustiko çörəyimizdən istifadə edərək super qidalandırıcı Güc Tostlarımızla güclənin. Üzərinə nə qoymağınızdan asılı olmayaraq, bu çörəyi sevəcəksiniz.
Tərkibi
6 dilim |
|
Humus və pomidorlu tost üçün: |
|
2 x/q |
humus |
3 dilim (nazik) |
pomidor |
1 çimdik |
turp sapı |
1 çimdik |
əzilmiş qırmızı çili lopaları |
Avokado və turplu tost üçün: |
|
1 ədəd kiçik |
dəymiş avokado (əzilmiş) |
2 ədəd kiçik |
(dilimlənmiş) turp |
1 çimdik |
duz |
1 çimdik |
əzilmiş qırmızı çili lopaları |
bir qədər |
zeytun yağı |
Kivi və qozlu tost üçün: |
|
2 ədəd kiçik |
(dilimlənmiş) kivi |
2 x/q |
süzmə |
1 ovuc |
iri doğranmış (xırda) qoz |
Banan və albalılı tost üçün: |
|
1 x/q |
badam yağı |
7 dilim |
banan |
1 ovuc |
iri doğranmış (xırda) albalı qurusu |
1 çimdik |
günəbaxan tumu |
bir |
az bal |
Xiyar və hisə verilmiş qızıl balıqlı tost üçün: |
|
1,5 x/q |
krem pendir |
6 dilim |
xiyar |
2 dilim |
hisə verilmiş qızıl balıq |
Manqo və badamlı tost üçün: |
|
1 x/q |
süzmə |
4 dilim (təzə) |
manqo |
1 çimdik |
badam lopası |
bir ovuc |
(xırda) kokos lopası |
Hazırlığı
- 6 dilim çörəyin hamısını qızardın.
- Humus və pomidorlu tostun hazırlanması:
Humusu bir dilim qızardılmış çörəyin üstünə yayın. Üzərinə pomidor dilimlərini və turp saplarını yerləşdirin, bir çimdik qırmızı çili lopası səpin. - Avokado və turplu tostun hazırlanması:
Növbəti qızardılmış çörək diliminin üstünə əzilmiş avokadonu çəkin. Üzərinə turp dilimlərini yerləşdirin, bir çimdik duz və qırmızı çili lopalarını səpin. Üstünə bir az zeytun yağı damcıladın. - Kivi və qozlu tostun hazırlanması:
Növbəti dilimin üstünə kivi dilimlərini yerləşdirib üzərinə süzmə çəkin. Sonda üzərinə doğranmış qozu səpin. - Banan və albalılı tostun hazırlanması:
Badam yağını bir dilim çörəyin üstünə yayın. Dilimlənmiş bananı, sonra da bir ovuc albalı qurusunu yerləşdirin. Üzərinə günəbaxan tumlarını səpin və ən sonda bal damcıladın. - Xiyar və hisə verilmiş qızıl balıqlı tostun hazırlanması:
Krem pendiri bir dilim qızardılmış çörəyin üzərinə yayın. Əvvəlcə xiyar dilimlərini, sonra da qızıl balıq dilimlərini yerləşdirin. Üzərinə turpun saplarını yerləşdirin və küncüt səpin. - Manqo və badamlı tostun hazırlanması:
Süzməni çörək diliminin üstünə yayın. Daha sonra manqo dilimlərini, badam və kokos lopalarını əlavə edin.