Giləmeyvəli Qlütensiz Sadə Tort

Giləmeyvəli Qlütensiz Sadə Tort

Bütün məhsullar Tort-Qurabiyə-Şirniyyatlar

ümumi

Bu yüngül və yumşaq qlütensiz tort resepti ilə həm xüsusi günləri , həm də gündəlik anları qeyd edin.

Xüsusi bir hadisə, xüsusi tortala qeyd edilər. Üstü giləmeyvə ilə bəzədilmiş bu yay tortu, yüngül, yumşaq, qlütensiz biskvit tortu olub, hər hansı bir ziyafəti və ya hadisəni xüsusi bir bayrama çevirir.

Tərkibi

Xəmir üçün:

420q

Mix Pâtisserie un qarışımı

200q

kərə yağı, yumşaldılmış

250q

şəkər tozu

400q

yumurta

12q

vanil şəkər

280q

süd

18q

qabartma tozu

İçlik üçün:

250q

mascarpone pendiri

250q

qatıq

60q

şəkər pudrası

10q

vanil şəkər

400q

qaymaq

1

çimdik duz

bir az rəndələnmiş limon qabığı

Bəzəmək üçün:

400q

çiyələk

400q

qaragilə

400q

moruq

Nanə yarpaqları

Hazırlığı

Bazanın hazırlanması:

Addım 1:

Kərə yağını şəkər və vanil şəkərlə krem halına gələnə qədər çırpın. Ehtiyatlı olun: kərə yağı çox uzun müddət çırpılsa, tort quruyacaq.

Addım 2:

Un və qabartma tozunu qarışdırıb ələyin. Yumurta, süd və yağ qarışımına 3 addımda un və qabartma tozu qarışığını əlavə edin

Addım 3:

Formanı yağlayın və unlayın. Çörək qırıntılarından istifadə etməməyi məsləhət görürük, çünki onlar tortun səthini çox qurudur.

Addım 4:

Qarışığı formaya tökün və hamarlayın.

Addım 5:

Fırını 190°C alt/üst qızdırın.

Addım 6:

Tortu isti sobaya qoyun və təxminən 55-60 dəqiqə bişirin. Tortu taxta çöp ilə yoxlayın, quru çıxsa hazırdır, çünki hər soba fərqli bişirir.

Addım 7:

Bişirdikdən sonra formanı tərs çevirib soyutmaqçün kənara qoyun və mətbəx dəsmalı ilə örtün.

İçliyin hazırlanması:

Addım 1:

Qaymagı yaxşıca çalın.

Addım 2:

Mascarpone, qatıq, şəkər tozu, vanil şəkəri, limon qabığı və duzu böyük bir qabda qarışdırın.

Addım 3:

Qaymaqlı qarışığı maskarpone və qatıq qarışığına ehmalca qarışdırın.

Tortun hazırlanması:

Addım 1:

Bazanı formadan çıxarın və 3 tort qatı əldə etmək üçün 2 dəfə kəsin.

Addım 2:

Üst qat qeyri-bərabərdirsə, düzləşdirin.

Addım 3:

İçliyin təxminən üçdə birini tortun ilk qatına yayın. Kənarında təxminən 0,5 sm boşluq buraxın.

Addım 4:

Üzərinə qaragilə qoyun . Çalışın düz bir səth olsun və qaragilədən təqribən 50 q saxlayın.

Addım 5:

İkinci (orta) qatı üzərinə qoyun və içlik demək olar ki, kənara çatana qədər yumşaq bir şəkildə basın.
Proseduru təkrarlayın: içliyin ikinci üçdə birini bazaya yayın və yenidən kənarında təxminən 0,5 sm boşluq buraxın.

Addım 6:

Üzərinə moruq qoyun. 50 q moruq saxlayın.

Addım 7:

Ən son bazanı qoyun və prosesi təkrar edin. Üstünə yarıya bölünmüş çiyələkləri düzün və qalan moruq, qaragilə və nanə yarpaqları ilə bəzəyin.

Addım 8:

Tortu 2 saat soyudun.

Əlavə: Süfrəyə verməzdən əvvəl şəkər pudrası səpin.