ümumi
Tərkibi
120 q |
|
50 q |
südlü şokolad |
150 q |
tünd şokolad |
70 q |
kərə yağı |
2 |
yumurta |
120 q |
şəkər |
1/2 paket |
qabartma tozu |
1 çimdik |
duz |
1 ç/q |
vanil tozu |
75 q |
südlü şokolad – üzərini örtmək üçün |
Bəzək üçün: |
|
25 q |
ağ şokolad |
Hazırlığı
- Tünd şokoladı, südlü şokoladı və kərə yağını şüşə bir qaba qoyun və su vannasında əridin.
- Şokolad və kərə yağı əridikdən sonra qabı bir kənara qoyun və tərkibin bir az soyumasını gözləyin.
- Yumurtalar, şəkər tozu, vanil və duzu qaymaq halına gələnədək əl mikseri ilə qarışdırın.
- Bu qarışığı şokolad və kərə yağı qarışığına qatın və daha sonra un və qabartma tozunu əlavə edin.
- 25 x 25 sm-lik tort bişirmə qabını kərə yağı ilə yağlayıb brauni qarışığını tökün və bərabər şəkildə yayın.
- Təxminən bir saat yarım müddətdə 170° C-də əvvəlcədən qızdırılmış sobada bişirin.
- Süfrəyə verməzdən öncə üzərini südlü şokoladla örtüb ağ şokoladla bəzəyin.