Balqabaq və şabalıdlı gnocchi
Bütün məhsullar Bitki tərkibli
ümumi
Payızın ən yaxşılarını birləşdirək: balqabaq və şabalıd. Hazırlanması asan olan bu resept həm əsrarəngiz bir payız şam yeməyi, həm də bazar günü nahar süfrəsində gözəl üçün görünər.
Tərkibi
|
Xəmir üçün: |
|
270-300 q |
|
1-2 çay qaşığı |
duz |
200 qr |
şabalıd püresi |
250 qr |
balqabaq püresi |
6-7 xörək qaşığı |
süd |
30 q |
kərə yağı |
|
Zövqə görə: |
|
100 qr |
pomidor sousu |
1 ovuc |
adaçayı yarpağı |
50 qr |
dondurulmuş noxud |
Hazırlığı
Xəmir üçün:
- Əvvəlcədən bişmiş şabalıdları 2-3 xörək qaşığı südlə krem-püre halına gətirin.
- Balqabağın içini oyaraq, dilimlərə kəsin və 2-3 xörək qaşığı süd ilə qazanda qaynadın.
- Balqabaq parçaları yumşaq olana qədər vam odda bişirin.
- Balqabaq parçalarının yanmaması üçün lazım olsa bir az daha süd əlavə edə bilərsiniz.
- Sonra krem- püre halına salın. Balqabaq püresi və şabalıd püresini bir-birinə qarışdırın.
- Un və duz əlavə edin və hamar, bir az yapışqan xəmir olana qədər yoğurun. Lazım gələrsə bir az daha un əlavə edin.
- Qarışığı yüngülcə unlanmış səthdə rulet şəklinə salın.
- Ruleti təxminən 1,5 sm enində hissələrə kəsin.
- Kəsilmiş parçalardan gnocchi formalaşdırın.
- Bir qazanda yüngül duzlu su qaynadın, sonra odunu bir qədər azaldın.
- Suya gnocchi əlavə edin, vaxtaşırı qarışdırın. Gnocchi səthə çıxana qədər qaynadın!
- Kərə yağını tavada əridin.
- Bişmiş gnocchiləri süzün və tavada qızardın. Adaçayı əlavə edin və gnocchi ilə qızardın.
- Gnocchinin səthi bir az xırtıldayan olana qədər qızardın.
Zövqə görə:
- Dondurulmuş noxudları 5 dəqiqə qaynar suda bişirin.
- Pomidor sousu isidin.
- Gnocchini pomidor sousu, təzə adaçayı və noxud ilə servis edin.