ümumi
Bagel yəhudi mətbəxinə xas olan bir qidadır. Bu mayasız çörək halqalarının üzərini şirin və ya duzməzə təamlarla bəzəmək olar. Onlar amerikansayağı səhər yeməyinin əsas təamlarındandır. Bu qlütensiz çeşidin dadına baxın.
Tərkibi
500 g | |
1 ç/q | bağayarpağı toxumunun üyüdülmüş qabıqları (lif qabığı) |
1½ ç/q | duz |
1 paket | quru maya |
və ya | |
21 q | təzə maya |
1 ç/q | şəkər |
1 | yumurta |
50 q | otaq temperaturunda kərə yağı |
380 ml | ilıq süd |
2 x/q | şəkər (bişirmə suyu üçün) |
Fırçalama üçün: | |
1 | yumurtanın ağı |
Üzərinə səpmək üçün: | |
Bir az | küncüt toxumu |
Hazırlığı
- Unu, lif qabığını və duzu bir kasada qarışdırın.
- Qarışımın ortasında bir boşluq yaradıb mayanı və şəkəri əlavə edin.
- Bir az unla qarışdırın. İlıq südün 1/3 hissəsini əlavə edin və maya qabarcıqlar formalaşdırana qədər gözləyin.
- Yumurtanı və kərə yağını əlavə edib yumşaq xəmir əldə edənədək qalan südlə 5 dəqiqə ərzində (mikserlə) qarışdırın.
- Un səpilmiş bir səthin üzərində xəmiri rulon formasına salıb 12 bərabər hissəyə bölün.
- Xəmirin hər bir hissəsindən təxminən 2 sm qalınlığında disk yaradın və kənarda gözlədin.
- Taxta bir qaşığın sapından istifadə edərək mərkəzdə təxminən 3 sm diametrli bir çuxur yaradın.
- 4 litr suyu 2 xörək qaşığı şəkərlə qaynadın.
- Bagelləri bir-birinin ardınca hər tərəfi tam olaraq 1 dəqiqə yarım olmaqla bişirin.
- Bagelləri səthi perqament kağızı ilə örtülmüş bişirmə listlərinə düzüb üzərinə un səpin.
- Səthini yumurtanın ağı ilə fırçalayıb üzərinə küncüt səpin.
- Bagelləri üzəri qızaranadək 250° C-də (əvvəlcədən isidilmiş sobada) orta hündürlükdə 15-18 dəqiqə bişirin.