Ağızda əriyən qlütensiz paxlava.

Ağızda əriyən qlütensiz paxlava.

Bütün məhsullar Ev çörəyi-Xəmir

ümumi

Novruz süfrəsinin bəzəyi, qlütensiz yeməyə məcbur olanların həsrət qaldığı şiniyyatlardan biri olan paxlavanı artıq Schar Mix B unu ilə hazırlayıb həm özünüzü, həm yaxınlarınızı sevindirə bilərsiniz! Bayramınız mübarək!

Tərkibi

Şərbət üçün

2,5 st

şəkər tozu (500 qr.)

2 st.

su (400 ml.)

1/4

limon şirəsi

İçlik

300 qr.

qoz

250 qr.

şəkər tozu

1 dolu çay qaşığı

hil

Xəmiri üçün

1 ədəd

yumurta

1 ədəd

yumurtanın ağı (sarısı üzərinə)

1 yemək qaşığı

alma və ya üzüm sirkəsi

1 paket

vanil

1 çimdik

duz

1 çay qaşığı

şəkər tozu

100 qr.

kərə yağı

100 qr.

xama

1 st.

süd

1/2 çay qaşığı

maya

400 qr.

Schaer Mix B qlütensiz unu (unu az-az əlavə edin)

Qatları yağlamaq üçün

250 qr.

kərə yağı

Üzəri üçün

1

yumurtanın sarısı

1

yemək qaşığı süd

Hazırlığı

İçlik üçün

  • Şəkər tozu, üyüdülmüş hil və xırdalanmış qozu yaxşıca qarışdırın.

Şərbət üçün

  • Şəkərlə suyu qarışdırıb,  köpüklənənə qədər qaynadın,üzərinə limonu sıxıb soyumağa buraxın.

Xəmir üçün

  • Öncə, ilıq süd, maya və şəkəri qarışdırın, köpuklənməsini gözləyin
  • Ardından, sırayla yumurta və yumurta ağın, sirkə, ərinmiş yağ, xama əlavə edib, qarışdırın
  • Mix B un qarışımına duz, şəkər tozunu töküb qarışdırın
  • Unu yavaş-yavaş sulu qarışıma əlavə edin, yumşaq yapışmayan xəmir alinana qədər yoğurun
  • 2 böyük, 8 kiçik kündəyə ayırıb streç filmlə üzərini bağlayın
  • Formanı yağlayın
  • Əvvəlcə iri kündədən başlayıb, onu yağlı kağız üzərində yayın və formaya yerləşdirin
  • Hər qatın arasına ərinmiş yağ və içliyi tökün və yayın
  • Son qat da böyük kündə olacaq
  • Daha sonra paxlavaları romb şəklində kəsin və üzərinə yumurta süd qarışımını çəkin
  •  160 C alt üst rejimində öncə 10 dəqiqə bişirin, sonra cıxarıb bir daha kəsin və üzərinə ərinmiş yağ tökün
  • Tam bişdikdən sonra (üzəri qızarana qədər) çıxarıb bir daha kəsin və şərbətini tökün
  • Soyuduqdan sonra servis edin

Nuş olsun!