Çölyak xəstəliyi haqda və ya qlüten/buğda həssaslığı haqda eşitmisinizmi? Bəlkə onun simptomlarının bəzilərini yaşamısınız, qarın ağrısı, ishal və ya köp.
Bir çox insanlar bu əlamətləri, tərkibində qlüten olan qidaları qəbul etdikdən sonra hiss edir. Bəzi insanlar isə, həzmlə əlaqəsi olmayan simptomlar hiss edə bilər, məsələn, anemiya, baş ağrısı və həddindən artıq yorğunluq.
Bu kimi simptomlar çölyak xəstəliyi və ya qlüten həssaslığı əlamətləri ola bilər. Oxşar simptomlar həssas bağırsaq sindromundan (HBS) əziyyət çəkirsinizsə də ola bilər.
Əgər qlüten tərkibli qidaların sizi narahat hiss etdirdiydən şübhələnirsinizsə, onlayn testimizi etməyə çalışın, bu sizin yalnız 10 dəqiqənizi alacaq.
VACİB MƏLUMAT: Bu onlayn qiymətləndirmə yalnız yaşı 18 yaş və ya daha çox olan böyüklər üçün nəzərdə tutulub və qeydiyyatdan keçmiş tibb işçisinin məsləhətini əvəz etmir. Tam tibbi diaqnoz üçün lütfən, həkiminizlə məsləhətləşin. Qlütenlə bağlı problemləri düzgün diaqnoz etmək üçün, siz gündəlik qidanızda qlüteni istehlak etməlisiniz. Tibbi testlərdən keçməmişdən əvvəl gluteni pəhrizinizdən çıxarsanız, nəticələr dəqiq olmaya bilər.
Məlumatların məxfilik bəyanatı
Sizin indicə keçdiyiniz test məxfidir. Sizin məlumatlarınız avtomatik qərarvermədən keçməyəcəkdir. Bu o deməkdir ki, test nəticələrinin testi bitirmiş şəxsə heç bir təsiri olmayacaqdır. Bununla yanaşı, cavablarınızdakı məlumatların həkimə və ya qida məsləhətçisinə təqdim edilməsinə ehtiyac duyula bilər. Əldə edilmiş məlumatlar heç bir şəkildə yayılmayacaqdır. Bununla yanaşı, onlar xidmətləri Dr. Schär AG / SPA tərəfindən istifadə olunan şirkətlər, müstəqil işçilər, məsləhətçilər, sığorta şirkətləri və ya vəkillərin diqqətinə çatdırılaə bilər.