![Schär | glutenfree Products - Təbəssümlə daha gözəldir: Çölyak xəstəliyini pozitiv qəbul etmək Schär | glutenfree Products - Təbəssümlə daha gözəldir: Çölyak xəstəliyini pozitiv qəbul etmək](https://qlutensiz.schaer.com/wp-content/uploads/sites/21/WP_headerarticle15146_1860824290-scaled.jpg)
Təbəssümlə daha gözəldir: Çölyak xəstəliyini pozitiv qəbul etmək
Bütün məhsullar Qlütensiz yaşam
Bilirik ki, çölyak xəstəliyini təkrar-təkrar izah etmək, hər zaman diqqətli olmaq və yemək məhdudiyyətlərinizi hər kəsə xatırlatmaq asan deyil.
Ancaq unutmayın ki, buna pozitiv yanaşsanız, özünüzü daha yaxşı hiss etməyə kömək edir, vəziyyətiniz haqqında maarifləndirir və hər şeydən əvvəl başqalarını sizinlə empatiya qurmağa təşviq edir. Yalnız olmadığınızı bilmək vacibdir. Çölyak xəstəliyi ilə yaşamaq çətin ola bilər, lakin pozitiv bir yanaşmayla onu daha effektiv idarə edə və daha xoşbəxt, daha sağlam bir həyat sürə bilərsiniz.
Pozitiv yanaşmanın gücü
Pozitiv yanaşma sadəcə gülümsəmək deyil; çölyak xəstəliyini idarə edənlər üçün hiss edilən sağlamlıq faydaları da var. Pozitiv yanaşma çölyak xəstəliyinin sizə yaşada biləcəyi əhval dəyişikliyinin öhdəsindən gəlməyə kömək edə bilər. Pozitivlik stress səviyyəsini azaldır və daha yaxşı immunitet inkişaf etdirməklə sağlamlığın yaxşılaşmasına səbəb ola bilər, hansı ki, xroniki vəziyyəti olan biri üçün bunlar çox vacibdir. Daha az stress daha yaxşı həzm və daha az qıcıq deməkdir, bu da simptomları idarə etməyi asanlaşdırır. Bundan əlavə, pozitivlik gündəlik problemləri daha zövqlü və rahat idarəolunan etməklə həyat keyfiyyətinizi artırır. İstər təsadüfən qlütenə məruz qalma olsun, istərsə də həddən artıq yorulmuşluq, uğursuzluqlarla üzləşdikdə – pozitiv yanaşma dirənməyə kömək edir, sizə daha sürətli və daha güclü geri dönüşə kömək edir. Pozitivlik çölyak xəstəliyi ilə mübarizə aparmaq və ümumi rifahınızı yaxşılaşdırmaq üçün güclü bir vasitədir.
Problemi ələ almaq
Çölyak xəstəliyinə bir yük kimi baxmaq əvəzinə, onu aradan qaldırıla bilən bir problem kimi adlandırmağa çalışın. Bu fikir dəyişikliyi sizə güc verəcək. Xəstəlik haqqında maariflənin və qlütensiz qidalardan tutmuş cəmiyyətdəki problemlərə kimi sizin üçün mövcud olan bütün halları araşdırın. Nə qədər çox bilsəniz, vəziyyətinizin öhdəsindən gəlmək bir o qədər rahat olacaq. Vəziyyətinizi – bunu hər söhbətin mərkəzinə çevirməyə ehtiyac duymadan başqaları ilə açıq şəkildə müzakirə etmək də faydalı ola bilər . Tədbirlərdə yeməklərin hazırlanmasına kömək etmək üçün könüllü olaraq, siz nəinki sizin üçün təhlükəsiz seçimlərin olmasını təmin edəcək, həm də ətrafınızdakıları ehtiyaclarınız haqda, praktik şəkildə məlumatlandıracaqsınız.
Dəstək qrupu qurun
Çölyak xəstəliyinin öhdəsindən gəlmək üçün dostlar, ailə və səhiyyə mütəxəssislərinin güclü dəstəyi vacibdir. Unutmayın ki, əgər sizə ən yaxın olanlar hərdən sizin ehtiyaclarınızdan xəbərsiz görünsələr də, bu, çox vaxt qayğı və ya diqqət olmaması səbəbindən deyil. Çölyak xəstəliyinə uyğun dəyişikliklərə uyğunlaşmaq üçün onlara daha çox vaxt lazım ola bilər. Açıq ünsiyyət əsasdır. Onlarla necə hiss etdiyiniz barədə danışın və onları da fikirlərini bölüşməyə təşviq edin. Qarşılıqlı anlaşma empatiya yaradır və yaxınlarınıza sizə həqiqətən kömək edəcək şəkildə daha çox dəstək olmağa imkan verir. Möhkəm bir dəstək qrupu çölyak xəstəliyi ilə daha rahat yaşamağa kömək.
Pozitiv yanaşmaq üçün təcrübələr
Pozitivliyi qorumaq zəhmət tələb edir, lakin kömək edə biləcək gündəlik təcrübələr var. Duyğu gündəliyi tutmaq sizə hisslərinizi anlamağa və təkrarlanan hissləri tanımağa imkan verir. İstər qısa, istərsə də uzunmüddətli real məqsədlər qoymaq sizi maneələrə deyil, irəliləyişlərə yönəldir. Nə yediyinizə və vəziyyətinizi necə idarə etdiyinizə diqqət yetirmək çarəsizlik hisslərini yüngülləşdirə bilər, meditasiya kimi təcrübələrsə zehniniz və bədəninizə fokuslanmağa kömək edir. Bu vərdişlər sizin lövbəriniz olub, çölyak xəstəliyi yorduqda belə sizi stabil və nikbin saxlayır.
Hər şeyə baxmayaraq, vəziyyətin sizi emosional olaraq sıxdığı vaxtlar varsa, bir psixoloq və ya terapevtə müraciət etməyi düşünün. Kömək üçün əl uzatmaq son addım olmamalıdır”
Peşəkar yardım axtarışı
Çölyak xəstəliyi qarşısında pozitiv qalmaq çətin ola bilər və bu, normaldır. Kədər, narahatlıq və məyusluq hissləri üstünlük təşkil edərsə, peşəkar kömək istəməyin vaxtı ola bilər. Bir terapevt və ya məsləhətçi sizə dəstək verə bilər və çölyak xəstəliyinin emosional aspektlərini idarə etmək üçün üsullar təklif edə bilər. Çölyak xəstəliyində təcrübəsi olan qeydiyyatdan keçmiş bir diyetisyenlə danışmaq da qlütensiz bir həyat tərzi sürmək yükünü yüngülləşdirə bilər. Hər şeyi təkbaşına həll etmək məcburiyyətində deyilsiniz və ehtiyac duyduğunuzda peşəkar yardıma müraciət etməkdə utanc yoxdur.
Cennifer Esposito: müsbət düşünməyə aparan yol
Oskar mükafatı qazanan “Crash” filmində, eləcə də “Spin City” və “Blue Bloods” kimi hit seriallarda rol alan aktrisa, uzun illər səhv diaqnoz nəticəsində yaşadığı sağlamlıq problemlərindən sonra çölyak xəstəliyi diqnozu qoyulmağı həyatının ən yaxşı başlanğıcı kimi təsvir edir. Nəhayət Kimsə “Mənim bir cavabım var və problem, sənin başında deyil” dediyini eşitmək möhtəşəm hissdir “deyə, o, Living Allergic saytına bildirib.Esposito qlütensiz qidaların imkanlarını kəşf edənə və nəhayət normal və sağlam hiss edənə qədər çölyak xəstəliyinə uyğunlaşmanın “yorucu” olduğunu etiraf etdi. Qidalanma ilə bağlı araşdırmalar onu doğma Nyu-Yorkda “Cennifer’s Way” adlı qlütensiz çörək sexini açmağa vadar etdi. O, həmçinin çölyak insanlara diaqnozdan sonra həyatın müsbət tərəflərini anlamağa kömək etmək üçün eyni adlı bir kitab yazdı. “Mən sadəcə “heç vaxt” sözünü anlamıram. Bir daha çörək və ya peçenye yeyə bilməyəcəyimi qəbul edib yaşa bilməzdim. Mən yeməyi çox sevirəm. Yemək bişirməyi və mətbəxi sevirəm və bununçün, işlədə biləcəyim ən sağlam inqrediyentləri araşdırmağa başladım və sonra bunu “yeyə biləcəyim” bir şeyə deyil, istədiyim şeyə necə çevirəcəyimi yaratmağa başladım. Bloqa başlayıb , insanların məndən də çətin hekayələrini eşitmək – məni daha da ruhlandırdı və sürəyləndirdi.