
Növbəti 6 ay ərzində asanlıqla əldə edə biləcəyiniz 10 kiçik məqsəd
Bütün məhsullar Qlütensiz həyat
Gündəlik həyatın təlaşında böyük hədəflər və istəklər qarşısında adam özünü əlacsız hiss edir. Bax burda kiçik hədəflər qoymaq köməyə gəlir. Kiçik vərdişlər, gündəlik vərdişlər, sadə vərdişlər — bunlar sağlam həyat tərzinin və sağlamlığın təməl qurucularıdır. Bunları rutinlərimizə daxil etməklə biz nəinki daha böyük məqsədlərə doğru irəliləyirik, həm də bu yolda nailiyyət və məmnunluq hissini inkişaf etdiririk.
Kiçik məqsədlər, daha böyük nailiyyətlərə gedən yolda, reallaşdırıla bilən addımlardır. Onlar, qoxulu tapşırıqların həyata keçirmə prosesini kiçik addımlara bölüb, irəliləyişi hiss olunan və real edir. Bundan əlavə, kiçik məqsədlərə fokuslanmaq, sağlam həyat tərzi vərdişləri üçün möhkəm zəmin yaratmağa təkan verir.
1. Daha çox su için
Su içmək, sağlamlıq və rifah üçün vacibdir. Gün ərzində daha çox su içmək üçün səy göstərərək, enerjinizi artıra, koqnitiv beyin funksiyasını yaxşılaşdıra və orqanizminizi dəstəkləyə bilərsiniz. Yanınızda təkrar istifadə oluna bilən su şüşəsi daşımaqla və müntəzəm su içmək üçün telefonda xatırlatmalar qurmaqla başlaya bilərsiniz.
2. Hər gün gəzin
Gündəlik gəzintini rutininizə daxil etməyin fiziki və zehni sağlamlığa çoxsaylı faydaları var. Bu, aktiv qalmaq, stresdən azad olmaq və zehninizi təmizləmək üçün sadə, lakin effektiv üsuldur. İstər məhəllə ətrafında sürətli gəzinti, istərsə də sakit təbiət gəzintisi olsun, hər gün bu vaxtı, özünüzə ayırın.
3. Minnətdarlıq hissini inkişaf etdirin
Neqativlərə və stressə və ya məyusluğa səbəb olan şeylərə fokuslanmaq və sahib olduqlarımızı görə bilməmək çox asandır. Minnətdarlıq hissini inkişaf etdirmək ümumi rifahınızı və həyata baxışınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İstər yaxın dost, istər gözəl gün batımı, istərsə də ləzzətli yemək üçün minnətdar olduğunuza fokuslanmaq üçün, hər gün bir neçə dəqiqənizi ayırın. Minnətdarlıq jurnalı tutun, bu müsbət düşüncə tərzini gücləndirməyə kömək edə bilər.
4. Yeni bacarıqlar öyrənin
Yeni bir bacarıq öyrənmək, gündəlik işinizdən bir qədər aralanmaq və zehni çevikliyini inkişaf etdirməkçün əladır. İstər yeni dil, istər musiqi alətində ifa etməyi öyrənmək, istərsə də kulinariya bacarığınızı inkişaf etdirmək olsun, imkanlar sonsuzdur. Seçdiyiniz bacarığın inkişafına və irəliləməsinə hər həftə müəyyən vaxt ayırın.
5. Minimalist olun
Daha minimalist yanaşma seçib ətrafınızı sadələşdirin və həyatınızı asanlaşdırın. Məkanınızı boşaltmaq və lazımsız əşyaları azaltmaq sakitlik və aydınlıq hissi gətirə bilər. Kəmiyyətdən çox keyfiyyətə diqqət yetirin və həyatınıza həqiqətən dəyər verən şeylərə diqqət yetirin.
6. Sakitliyə sarılın
Bu gün yaşadığımız başgicəlləndirici, sürətlə hərəkət edən həyatda stressi idarə etmək və daxili rahatlığı təmin etmək üçün, sakitliyi qorumaq, çox vacibdir. Böyük planlaşdırma və ya hazırlıq lazım deyil, dərindən nəfəs alma, meditasiya və bədən tədqiqatı kimi üsulları gündəlik rutininizə daxil etməyə çalışın.
7. Büdcə təyin edin
Büdcənizə nəzarət etmək məsuliyyətli həyatın təməl daşıdır. Büdcənin yaradılması sizə xərclərinizi izləməyə, maliyyə məqsədlərinizi prioritetləşdirməyə və pulunuz haqqında əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir. İstər gündəlik, istər həftəlik, istərsə də aylıq olsun, real xərcləmə limitləri təyin edin və müxtəlif kateqoriyalara müvafiq olaraq vəsait ayırın.
8. Dostunuza zəng edin
Saysız rəqəmsal platforma vasitəsilə tətil fotolarını və selfilərini paylaşaraq dostlarımızla əlaqə saxladığımızı düşünmək asandır. Bəs əslində dostlarınız necədir? Bəlkə bir çox valideynlərin və uşaqların həftə sonları etdiyi kimi həftəlik telefon zənglərini vərdiş halına gətirməyin vaxtıdır?
9. Ekran vaxtınıza nəzarət edin
Ekranlarımızı söndürmək bizim rifahımız üçün böyük faydaları olan böyük bir vərdişdir. Smartfonlardan tutmuş kompüterlərə qədər davamlı olaraq ekranlara baxmaq gözlərimizi yorur, yuxu rejimini pozur və stress səviyyəsini artırır. Arada bağlantını kəsməklə, biz özümüzlə mənalı vaxt keçirə, hobbi ilə məşğul olmaq və yalnızlıqdan həzz almaq imkanı veririk.
10. Qlütensiz şam yeməyi hazırlayın
Çölyak xəstəliyiniz və ya qlütenə həssas olmağınızdan asılı olmayaraq, ailəniz, dostlarınız və ya, yaxınlarınızdan biri üçün qlütensiz şam yeməyi hazırlamaq sizin kulinariya bacarıqlarınız üçün maraqlı bir ekperiment ola bilər. Pəhriz üstünlükləri və məhdudiyyətlərinə cavab verən yeni inqrediyentlər və reseptləri sınaqdan keçirin. Bu, yalnız sağlam qidalanma vərdişlərini təşviq etmir, həm də mətbəxdə yaradıcılıq və kulinariya inamını artırır.
Schär sizə müntəzəm olaraq qlütensiz şam yeməyi hazırlamağa kömək edəcək bir sıra faydalı və əyləncəli reseptlər paylaşır.