“Schär”-ın YENİ qlütensiz çörəyinin dadına baxın!
Bütün məhsullar Qlütensiz həyat
Siz də ləzzətli qazmağı olan, şişmiş çörək məhsullarını xoşlayırsız?
Xoşbəxtlikdən bu günlərdə, qlütensiz pəhriz saxladığınız zaman ləzzətli un məmulatlarını menyunuzdan çıxarmağa ehtiyac duyulmur! ”Schär” sizə üç ləzzətli təzəcə dilimlənmiş çörəkləri təqdim edir!
Bəs hansı sizin ağız dadınıza daha çox uyğun gəlir? Qara çörək sevərlər “Pan Rustico”-dan ləzzət ala bilərlər – müxtəlif yaxmalar və pendirlə birlikdə möhtəşəm dada malik olan dilimlənmiş, qlütensiz çörək. Gün ərzində rahat bir qəlyanaltı və ya gözlənilməz ziyarət üçün bu qara rəngli bişmə çox əlverişli bir şəkildə dilimlənmişdir.
Əgər siz faydalı toxumları sevirsinizsə və bişmənizin tərkibində onları yeməkdən zövq alırsınızsa “Pan Multigrano”-dan yan keçməməlisiniz- qlütensiz tam taxıl çörək. Bu ləzzətli çörəyin tərkibində həzm sisteminə və dəriyə faydalı təsirləri ilə tanınan kətan toxumu, qan təzyiqi və xolesterolu aşağı salan, saçları və dırnaqları möhkəmləndirən günəbaxan tumu və əlavə olaraq dəmir, maqnezium və ya sink kimi vacib minerallar var.
Əgər siz qara və ya toxumlu çörəklərdən fərqli bir növün dadına baxmaq istəyirsinizsə ağ, yumşaq qlütensiz “Pan Blanco” çörəyini sınaqdan keçirin. Bu çörək həmçinin qızartmaq üçün də ideal bir seçim sayılır, sizin sadəcə tosterə və bəzi sevdiyiniz inqrediyentlərə ehtiyacınız olacaq. Və budur, qızardılmış xırçıldayan qlütensiz çörəklər siz və ailəniz üçün artıq hazırdır!