Schär | glutenfree Products - Qlütensiz pəhrizin faydaları

Qlütensiz pəhrizin faydaları

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Qlütensiz pəhriz sayəsində qlütenə qarşı tolerantlığı olmayan insanlar xəstəlik əlamətləri olmadan yaşaya bilirlər.

Çölyak xəstəliyindən əziyyət çəkən şəxslər mütəmadi olaraq qlütensiz pəhrizə riayət etməlidirlər. Onlar qlütenin kiçik miqdarını belə qəbul etməməlidirlər, belə ki, qlüten qəbulu nəticəsində bağırsaqlarda uzunmüddətli zədələnmələr yarana bilər ki, bu da öz növbəsində ağır çatışmazlıq simptomlarının yaranmasına səbəb ola bilər. Hal-hazırda əldə olan elmi məlumatlara əsaslanaraq demək olar ki, qlüten və buğda həssaslığı diaqnozu qoyulan xəstələrin bağırsaqlarında qalıcı zədələrə təsadüf edilmir və hətta bir müddətdən sonra tərkibində az miqdarda qlüten olan qida maddələrinə qarşı tolerantlıq göstərmələri də müşahidə olunur. Buna baxmayaraq, bu hal hər bir şəxs üçün fərdi olaraq qiymətləndirilməlidir. Qlütensiz pəhriz, həmçinin, qıcıqlanan bağırsaq sindromuna da (QBS) müsbət təsir göstərə bilir.

Əgər qıcıqlanan bağırsaq sindromu (QBS) olan xəstələr dərhal qlütensiz pəhrizə başlasalar, pəhrizdə edilmiş dəyişikliyin ilk müsbət təsirini bir neçə həftə ərzində müşahidə edə biləcəklər. Simptomlar aradan qalxacaq və şəxsin ümumi vəziyyəti və sağlamlığı müsbətə doğru dəyişəcəkdir. Əlavə olaraq, çölyak xəstəliyindən əziyyət çəkənlərdə nazik bağırsağın selikli qişasında gedən regenerasiya prosesi nəticəsində çatışmazlıq əlamətləri aradan qalxacaqdır. Bundan əlavə, ciddi qlütensiz pəhriz uzun müddət davam edən sağlamlıq problemləri riskini azalda və çölyak xəstəliyi ilə yanaşı gedən simptomların meydana gəlməsinin qarşısını ala bilər. Qlütenə qarşı dözümsüzlüyün növündən asılı olmayaraq qlütensiz pəhrizə riayət etmək simptomlardan uzaq qalmağa kömək edəcəkdir. Bu, həmçinin, qıcıqlanan bağırsaq sindromundan əziyyət çəkən şəxslərə də aid edilə bilər. Qıcıqlanan bağırsaq sindromuna malik şəxslərin üçdə biri qlütensiz pəhrizdən faydalanır.

Qlütensiz pəhrizin faydaları:

  • Anticisim dəyərləri normallaşır
  • Nazik bağırsağın selikli qişasında regenerasiya prosesi gedir
  • Xəstəliyin səbəb olduğu zədələrin yaranma riski azalır
  • Qidalı maddələr yenidən sorularaq orqanizm tərəfindən istifadə olunur
  • İtirilmiş çəki geri qazanılır
  • Ümumi sağlamlıq və fiziki vəziyyət yaxşılaşır
  • Qəbul edilən qidalara nəzarət yaxşılaşır
  • Həyat keyfiyyəti yaxşılaşır və şəxsin rifah halı bərpa olunur
  • Uşaqlar: onların sağlamlığı və inkişafı normallaşır

Qlütensiz pəhrizə keçid xüsusilə çölyak xəstəliyinə malik olan şəxslərin sağlamlığına böyük təsir göstərir.