Qlütensiz pəhriz – Ən çox verilən suallar
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Qısa video çarxlar şəklində 10 sual-10 cavab!
Çölyak xəstəliyi və ya qlüten/buğda həssaslığı diaqnozu qoyulduqdan sonra şəxsin müəyyən qədər narahatlıq keçirməsi normal hal sayılır.
- Keçmişdə olan yemək vərdişlərinizi müqayisə edirsiniz.
- Yemək vərdişinizi yenidən nəzərdən keçirməlisiniz
- Qlütensiz həyat tərzi ilə bağlı təcrübə əldə etməlisiniz.
Biz “Schär” olaraq bəzi tez-tez verilən suallar və onların cavablarını sizə də təqdim edirik.
1. Qlütensiz pəhrizə keçdikdən sonra qida çatışmazlığı riskinə malik ola bilərəmmi?
Xeyr, mütləq deyil, balanslı pəhriz saxlamağa riayət etsəniz orqanizm lazımı qida maddələrinin hamısını əldə edəcəkdir.
Balans ən əsas məsələdir! Çölyak xəstəliyinin diaqnozu qoyulduqdan sonra qan testi vermək məsləhət görülür və bununla da siz qan testinin nəticəsinə uyğun diyetoloqla mümkün qida çatışmazlığı barəsində müzakirə aparmaq imkanı əldə edəcəksiniz.
Diqqətli şəkildə aparılmış planlaşdırma və bizim dadlı reseptlərimiz sayəsində sizin qlütensiz həyata keçidiniz asanlıqla baş tutacaqdır.
2. Çölyak xəstəliyindən əziyyət çəkmədiyim təqdirdə qlütensiz pəhriz saxlamağın nəticəsi nə ola bilər?
Heç bir mənfi təsiri olmayacaq!
Qlütensiz pəhriz müəyyən vaxt keçdikdən sonra da sizin orqanizminizə heç bir mənfi təsir göstərməyəcəkdir, buna görə də qlütensiz pəhrizi rahatlıqla saxlaya bilərsiniz. Sizin həmçinin ailə və dostlarınızla da birlikdə qlütensiz pəhrizdən zövq almanız mümkündür. Bu sizə yeni reseptləri sınaqdan keçirmək imkanı verəcəkdir.
Əgər siz ailənizi və dostlarınızı çölyak xəstəliyi haqqında məlumatlandırmaq istəyirsinizsə, bəzi fikir və ideyalar əldə etmək məqsədi ilə bura daxil ola bilərsiniz.
3. Vaxtaşırı tərkibində qlüten olan qida maddələrini qəbul edə bilərəmmi?
Əlbəttə ki, yox! Çölyak xəstəliyində heç bir kənaraçıxma olmamalıdır. Hətta orqanizm qlütenə qarşı gec reaksiya versə, o cümlədən başlanğıcda özünüzü normal hiss etsəniz belə, immun sisteminiz bundan mənfi təsirlənə və bağırsaq xovlarınızda iltihabi prosesin getmə ehtimalı yarana bilər.
Siz əgər çölyak xəstəliyindən əziyyət çəkirsinizsə, bu autoimmun xəstəlik barəsində məlumatlandırılmalısınız.
4. Diaqnoz qoyulduqdan sonra mən özümü yaxşı hiss etmək üçün nə qədər gözləməliyəm?
Axır ki! Sən indi orqanizmində nə baş verdiyini bilirsən. Yeni pəhrizə keçdikdən sonra siz sadəcə səbirli və əzmkar olmalısınız. Qlütensiz qidaları qəbul edərkən:
- simptomlarınız yox olacaq və
- siz mütləq özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız.
Siz xəstəlikdən əziyyət çəkən digər şəxslərdən bəzi məsləhətlər və göstərişlər almaq istəyə bilərsiniz. Onlayn forumlara qoşulmaqla siz, dəyərli məsləhətlər və yardımlar əldə etmək imkanı qazanacaqsınız.
5. Şəxsi yemək qablarına və mətbəx avadanlıqlarına və ya ayrıca mətbəxə ehtiyacım ola bilərmi?
Hər zaman diqqətli olmaqda fayda var, lakin evinizi dəyişməyə ehtiyac yoxdur.
- ayrı toster
- ayrı çörək səbəti və bəlkə də
- mətbəxdə sizə aid şəxsi şkafınızın olması kifayət edəcəkdir.
Siz həmçinin:
- sadəcə qlütensiz qidalar üçün istifadə etmək məqsədilə işlədilən xüsusi olaraq sizin adınızla işarələnmiş mətbəx avadanlıqlarından (xüsusən də ağacdan düzəldilmiş əşyalar) istifadə edə bilərsiniz.
- bu çox vacibdir ki,
- iş görülən bütün səthlər, xüsusilə də doğrama taxtaları çox diqqətlə silinib təmizlənsin.
Çox tezliklə bütün bunlar sizin gündəlik həyat tərzinizə çevriləcək və heç bir şey sizin qlütensiz qidalar hazırlamağınıza mane ola bilməyəcəkdir!
Siz buradan çoxlu sayda həvəsləndirici reseptlər əldə etmək imkanına malik olacaqsınız.
6. Məndə çölyak xəstəliyinin olması, nə vaxtsa övladlarımda da həmin xəstəliyin olacağına dəlalət edirmi?
Bu autoimmun vəziyyət irsi olmaya da bilər. Lakin lazımı qan testindən keçmək faydalıdır.
- Əgər anticisimlər çölyak xəstəliyinin olmasına işarə edərsə nazik bağırsağın biopsiyasına ehtiyac duyula bilər. Əgər hər hansı bir şübhə qalarsa genetik testlərin aparılması məsləhət görülə bilər. Bu test diaqnozun qoyulmasında heç bir rola malik olmasa da çölyak xəstəliyinin inkar edilməsində istifadə edilə bilər.
7. Pivə içə bilərəmmi?
Günəş batır, hava istidir və siz pivə haqqında xəyal edirsiniz. Pivəyə icazə verilirmi?
Etiketinin üzərində “qlütensiz” yazıldığı təqdirdə, bəli. Bazarda çoxlu sayda qlütensiz pivənin mövcud olması sizə seçim etməkdə çətinlik yaradacaqdır. Bunun şərəfinə!
8. Bəs çipslər?
Çipslər sadəcə qızardılmış kartof deyildir! Hətta kartof qlütensiz olsa belə, siz qablaşdırmanın üzərinə əlavə inqrediyentlər haqqında məlumat əldə etmək məqsədilə diqqətlə baxmalısınız. Nəsə qızartdıqda aşağıdakılara əməl edildiyindən əmin olun:
- ayrı tava,
- ayrı yağ
- qlütensiz qidaları əvvəl qızardın!
Çipslərin necə hazırlanması barəsində məlumatlar əldə edin!
9. Ketçup yeyə bilərəmmi?
Ketçup və mayonez bəzi yeməklərin əsas tərkib hissəsi sayılır! Tərkibində qlüten olan inqrediyentlər sousların içində gizlənə bilər. Ona görə də bağlamaların üzərini diqqətlə oxuyub sizin üçün zərərsiz olduğundan əmin olmalısınız.
Sousların da evdə hazırlanması mümkündür. Siz buradan kabab mövsümü üçün ləzzətli məsləhətlər əldə edə bilərsiniz.
10. Yulaf yeyə bilərəmmi?
Yulaf günə tox başlamaq üçün əla bir seçimdir və o, müslinin əsas tərkib hissəsi sayılır.
Yulaf aşağıdakılarla zəngindir:
- əsas B vitaminləri
- sink
- dəmir
- maqnezium
- zülal və
- poli-doymamış yağ turşuları
2016-cı ilin mart ayından etibarən çirklənməmiş yulaflardan təşkil olunmuş məhsullar içərisindən xətt keçən buğda halqası ilə işarə olunur. Alıcıların məhsulun lisenziyalı olmasından və qlütensiz məhsulların tərkibində çirklənməmiş yulafın olmasından əmin olmaları üçün bu işarə əlavə olaraq ‘oats’ işarəsi ilə etiketlənir (Almaniya Çölyak Cəmiyyəti).
Müslini yeməzdən əvvəl yulaf yeyə biləcəyiniz barəsində həkiminizlə məsləhətləşməyi sizə tövsiyə edirik. İstənilən halda sualınız yaranarsa həkiminiz və ya diyetoloqunuzla tərəddüd etmədən əlaqə saxlayın.
Siz burada kifayət qədər maraqlı və faydalı:
- məlumat,
- məsləhətlər və
- reseptlər… əldə edə bilərsiniz.
Bizim şüarımız – “Qlütensiz yaşa, qlütensiz qidadan zövq al!”