Schär | glutenfree Products - Qlütensiz həyat- Mənim yeyə biləcəklərim

Qlütensiz həyat- Mənim yeyə biləcəklərim

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Günümüzün geniş seçimli qida maddələri arasında ilk baxışdan qlüten tərkibli maddələri seçmək çox çətin ola bilər.

Qlütensiz pəhrizə riayət etdikdə siz tərkibində qlüten olmayan bütün qidaları qəbul edə bilərsiniz.

Bu çox asan səslənsə də həqiqətdə hər şey çox fərqli olur. Qlütenin qida texnologiyasının xüsusiyyətləri sayəsində qida emalında ondan tez-tez istifadə edilir və insan ağlına gəlməyən qidaların tərkibində ona təsadüf edilir.

Əgər qlütensiz pəhrizdən istifadə edirsinizsə, o zaman siz təbii şəkildə tərkibində qlüten olmayan və ya birmənalı olaraq etiketində “qlütensiz” yazılan hər növ qidaları qəbul edə bilərsiniz. Təbii şəkildə tərkibində qlüten olmayan dənli bitkilər qlütenlə çirklənmiş ola bilər, bu səbəblə də yalnız etiketində “qlütensiz” yazılmış qida maddələrini seçməyiniz məsləhət görülür. Bu tip qidalara qarğıdalını, darını, qarabaşaq yarmasını, kinoanı və sumbağı aid etmək olar.

Bir çox qida maddələrinin tərkibində təbii şəkildə qlütenə rast gəlinmir və onları emal olunmamış halda belə tərəddüd etmədən qəbul etmək mümkün olur: meyvə və tərəvəz, ət və balıq, yumurta, süd və süd məhsulları.

Bilməkdə fayda var: bu hal təmiz saxlanma, məsələn südün pasterizasiyası, tərəvəzlərin dondurulması və ya bitkilərin qurudulması ilə dəyişmir.

Çarpaz Taxıl simvolu əlavə bir eyniləşdirmə simvolu hesab olunur.

Qlütensiz pəhrizə riayət etdikdə siz tərkibində qlüten olan dənli bitkiləri və bu məhsullardan hazırlan qidaları heç bir şəkildə qəbul etməməlisiniz. Bu səbəbdən qida seçərkən və yeyərkən hər zaman yüksək həssaslıq göstərməli, qida əlavələrinin, dadlandırıcıların, doldurucu və birləşdirici vasitələrin də tərkibində qlütenin olma ehtimalını nəzərdə saxlamalısınız. Qida emalında müxtəlif faydalı xüsusiyyətlərinə və həmçinin yaxşı bir dəstəkləyici vasitə (məs.dadlandırıcı) olmasına görə qlüten və tərkibində qlüten olan inqrediyentlər qidaların tərkibinə hələ emal prosesi zamanı əlavə edilir. Bu səbəbdən Aİ ölkələrində bütün qablaşdırmaların üzərində qidanın tərkibində qlütenin olub olmaması barədə məlumatın yerləşdirilməsi məcburi bir proses kimi həyata keçirilir. Bu səbəbdən bazarlıq edərkən qidaların üzərində yerləşdirilmiş etiketləri diqqətlə nəzərdən keçirtməlisiniz. Lakin təşvişə düşüb həyəcanlanmaq lazım deyil.

Etiketlərin yoxlanılması

Bu məhsulları alarkən diqqətli olmaqda fayda vardır. Siz onların tərkibində qlüten olduğunu düşünürdünüzmü?

Çipslər, kroketlər, kartof pankeykləri, kolbasa, sosislər, dondurma, fındıq əzməsi, az yağlı məhsullar, duzlu çərəzlər, kukuruzlar və digər duzlu məhsullar, ketçup, xardal, ədviyyatlı souslar, şokolad, şirniyyat, ədviyyat qarışıqları, bulyon kubları, qabartma tozu, ağ souslar, şorbalar, hazır qidalar, pudinq, soya sousu, marzipan.

Siz artıq qlüten və tərkibində qlüten olan qida maddələri haqqında yetəri qədər geniş məlumat əldə etdiniz. Siz özünüzü qlütensiz pəhrizə başlamaq üçün hazır hiss edirsinizmi? Bu sahədə biliyinizi yoxlayın!