Schär | glutenfree Products - Qlütensiz çörəkdən zövq almaq üçün 10 sadə addım

Qlütensiz çörəkdən zövq almaq üçün 10 sadə addım

Bütün məhsullar Qlütensiz bişirmək

Qlütensiz çörək bişirmək çox asandır!

1. Hazırlamaq

Qlütensiz unu kasaya tökün və ortasında qaşıqdan istifadə edərək bir çuxur açın.

2. Mayanı həll edin

Təzə mayanı bir qabın içində isti suda həll edin (suyun temperaturu 40 °C-dən yüksək olmamalıdır). Siz mayanı həmçinin mikrodalğalı sobada da həll edə bilərsiniz.

3. Xəmirdən öncə

Həll etdiyiniz mayanı unun ortasında açdığınız çuxura töküb bir çimdik şəkər əlavə edin. Barmaqlarınızdan istifadə edərək inqrediyentləri birlikdə qarışdırın və üzərinə bir qədər un səpin. Əldə etdiyiniz qarışığı isti yerdə 10 dəqiqə saxlayın. Səthində çatların əmələ gəldiyi vaxt o artıq hazır hesab olunur.

4. Yoğurmaq

Digər inqrediyentləri də qarışığa əlavə edin. İnqrediyentlərin hamısını ya əlinizlə ya da xəmir üçün başlığı olan elektrik mikserlə 5 dəqiqə ərzində yoğurun.

5. Acımağa qoyun

Xəmir yumşaldıqdan sonra onu nəmli saxlamaq məqsədilə üzərini nəm parça ilə və ya streç filmlə örtün. Bundan sonra xəmiri acımaq üçün 27 °C – 30 °C temperaturda ilıq bir yerdə saxlayın. Əgər otaq temperaturu çox aşağı olarsa siz xəmiri acıması üçün maksimum 40 °C olmaq şərti ilə sobada saxlaya bilərsiniz. Xəmirin həcmi 20-30 dəqiqədən sonra iki dəfə artmalı, daxilində isə çoxlu qabarcıqlar əmələ gəlməlidir.

6. Yenidən yoğurmaq

Xəmiri hamar, incə məsaməli olana qədər yoğurun. Xəmiri lazım olan formaya salıb əlavə 15 dəqiqə də saxlayın.

7. Səthini fırçalayın

Çörəyin üzərində qızılı qəhvəyi rəngdə qazmağın yaranması üçün bişirməzdən əvvəl səthini süd və ya çalınmış yumurta ilə fırçalayın. Zövqə görə üzərinə toxum/dən səpin.

8. Nəmləndirmək

İstiyə dözümlü, su ilə doldurulmuş qabı öncədən qızdırılmış sobaya yerləşdirin. Bu soba daxilindəki havanı nəmləndirəcək və çörəyin bişmə zamanı qurumasının qarşısını alacaqdır.

9. Bişirmək

Xəmiri soba kağızının üzərinə qoyun və qızılı qəhvəyi rəng alana qədər bişirin. Alt tərəfinə əlinizi vurduqda boşluq səsi gəlirsə deməli sizin qlütensiz çörəyiniz artıq hazırdır. Çörəyi soyumağa qoyun.

10.Saxlamaq

Qlütensiz çörəyi, bulkanı, pizzanı və s. dondurucuda uzun müddət saxlamaq mümkündür. Təzəcə bişmiş və bişdikdən sonra soyudulmuş məhsulları dondurucu torbalarda dondurun. Çörəyin buzunu otaq temperaturunda açmaq daha məsləhətlidir. Bundan başqa çörəyin buzunu sobada 200 °C temperaturda bir neçə dəqiqəlik saxlamaqla da açmaq olar. Bu o deməkdir ki, siz hər zaman evinizdə təzəcə bişmiş məhsullara sahib ola bilərsiniz.

Siz həmçinin acımamış xəmiri eyni prinsiplə dondura bilərsiniz. Lazım olduğu qədərinin buzunu açın. Bir müddət saxlayıb yuxarıda qeyd edildiyi kimi hazırlayın. Əgər qlütensiz çörək bir neçə gün ərzində yeyilib qurtaracaqsa onları plastik qablarda 2-3 gün ərzində sərin və quru yerdə saxlamağınız məsləhət görülür.

İnqrediyentlər və miqdarlar (lazımi)

Bir fincana görə təxmini miqdarlar:

Su = 150 q/ml

Un = 90 q

Şəkər = 150 q

1 Yumurta: 50 q

Xörək qaşığına görə:

Su = 13 q/ml

Duru yağ = 8 q

Un = 8 q

Şəkər/duz (təpələmə) = 15 q

Çay qaşığına görə:

Su = 6 q/ml

Duru yağ = 4 q/ml

Un = 4 q

Şəkər/duz (təpələmə) = 7 q

Quru maya (hamar) = 5 q

Quru maya (təpələmə) = 9 q