Çarpaz zəhərlənmə
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Kömək edin, mən səhvən qlüten qəbul etmişəm!
Əgər siz çölyak xəstəliyindən əziyyət çəkirsinizsə, yaxud qlütenə qarşı həssaslığınız varsa və təsadüfən qlütenli qida qəbul etmisinizsə, orqanizminizdə yaranacaq dəyişikliklər qəbul edilən qlütenin miqdarından, orqanizmin qlütenə qarşı həssaslıq dərəcəsindən, həmçinin qlütensiz pəhrizin saxlanıldığı müddətdən asılı olacaqdır.
Qlütenə qarşı orqanizmin göstərdiyi reaksiyanın xarakteri xəstə qlüten qəbul etdiyini dərk edənə qədər inkişaf etməklə ağır formadan yüngül formayadək dəyişə bilir.
Bununla yanaşı, təsadüfən qəbul edilmiş qlütenə qarşı yüngül reaksiya göstərən şəxslərin də qlütensiz pəhrizə ciddi şəkildə riayət etmələri vacib sayılır, çünki qlüten qeyd edilən şəxslərin də bağırsaqlarının selikli qişasına zədələyici təsir göstərə bilir. Çölyak xəstəliyi olan şəxslərin qlütensiz pəhrizə ciddi şəkildə əməl etmələri osteoparoz kimi çölyak xəstəliyi ilə əlaqədar yaranan uzunmüddətli ağırlaşmaların aradan qalxmasına səbəb ola bilir.
Nümunə analizi
“DS-qlütensiz” forumunda aparılan müzakirələrdən götürülmüşdür;
“Mən və mənim bacım çölyak xəstəliyindən əziyyət çəkirik, lakin orqanizmimiz qlütenli qida qəbul etdikdə fərqli reaksiyalar göstərir. Bacım artıq bir neçə ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Ümumi şəkildə desək, bacımda qlütenli qida qəbulundan sonra şiddətli qarın ağrıları müşahidə edilir və bir neçə saat sonra ürəkbulanması və ya ishal müşahidə olunur. Adətən yuxu aldıqdan və bir miqdar maye qəbul etdikdən sonra o, özünü daha yaxşı hiss etməyə başlayır.
Mənə gəlincə reaksiyanın başlaması 12-24 saatdan sonra baş verir və günlərlə davam edə bilən sidik kisəsinin dəhşətli ağrıları ilə müşahidə edilir. Bu ağrılar bəzən elə şiddətli və dözülməz olur ki, mən günlərlə ümumiyyətlə normal həyat tərzi keçirmək qabiliyyətindən məhrum oluram. Xəstəlik yüngülləşsə də sidik kisəsinin normal vəziyyətə qayıtması üçün bir həftəyə qədər vaxt tələb olunur. Reaksiyalar ucbatından məndə olan xəstəliyin diaqnozunun qoyulması çox uzun bir müddət tələb etdi, çünki analizlərdə bakteriyaların çıxmamasına baxmayaraq, həkim yalnız sidik-cinsiyyət yollarının müalicəsi üçün antibiotik təyin edirdi… Məndə həmçinin dermatitis herpetiformis də mövcuddur. ”
Əgər təsadüfən qlüten qəbul etmişəmsə nə etməliyəm?
Qlütensiz pəhriz saxlamağın təcrübi bir proses olmasını yadda saxlamaq çox vacib məsələdir. Qlütenin qəbul etdiyiniz hansı qida məhsulunun tərkibində olduğunu və ya çarpaz zəhərlənmənin harada baş verdiyini müəyyən etməyə çalışın, bundan sonra o məhsuldan uzaq durun. Qlütenin təsadüf nəticəsində qəbul edilməsi halına uyğun spesifik müalicə növü yoxdur. Əgər siz səhvən qlüten qəbul etmisinizsə, sadəcə qlütenin bədəndən çıxmasını gözləyib qlütensiz pəhrizə ciddi şəkildə riayət etməyə davam etməlisiniz.
Gələcəkdə qlüten zəhərlənməsinin qarşısının alınması
Qlüten zəhərlənməsi və ya çarpaz zəhərlənmə qlütensiz qidanın, tərkibində qlüten olan qida maddəsi ilə əlaqəyə girməsi zamanı meydana gəlir. Çölyak xəstəliyi diaqnozu qoyulmuş və ya qlütensiz pəhriz saxlayan birinin qlütenli qida maddələri ilə əlaqəyə girməsi əks reaksiyaya səbəb ola bilər.
Evdə çarpaz zəhərlənmə riskinin azaldılması:
- Qlütenli qidanı hazırladıqdan sonra qidanın toxunduğu hər yeri silib təmizləyin
- Qlütensiz qidaları hazırlamamışdan əvvəl və ya qlütenli qidalara toxunduqdan sonra əllərinizi mütləq yuyun
- Qlütensiz qidaları ayrıca tava və qazanlarda bişirin və ayrı-ayrı qablarda süfrəyə verin
- Qlütensiz çörəklər üçün ayrıca toster və ya toster qabları istifadə edin. Bu qabları siz əksər supermarketlərdə əldə edə bilərsiniz. Biz “Lakeland”-dən toster-500 qabını məsləhət görürük.
- Çörək qırıntılarının bıçaqla ötürülə bilmə ehtimalı olduğu üçün yağ, cem və s. saxlanılması üçün ayrı-ayrı saxlama qablarından istifadə edin.
Evdən kənarda:
- Günün istənilən vaxtı yemək üçün iş yerinizdə, əl çantanızda və ya avtomobilinizdə qlütensiz qidalar saxlayın (Schär-ın porsiyalarla paketlənmiş biskvitləri idealdır)
- Əgər istirahət planınızda təyyarə ilə uçmaq varsa qlütensiz menyunuzu əvvəlcədən planlaşdırın
- Əgər evdən kənar bir yerdə (məs. kafe, restoran) yemək planlaşdırırsınızsa öz vəziyyətiniz barədə xidmət heyətinə məlumat verin və onlardan qidanın tərkibinə daxil olan inqrediyentlər barəsində aşbazdan məlumat almalarını xahiş edin.
- “GlutenfreeRoads” internet səhifəsi dünya üzrə bütün çölyak dostu otelləri, pivəxanaları, restoranları, hətta alış-veriş edə və məskunlaşa biləcəyiniz məkanları sizə təqdim edir. Üzvlər yerli ərazidə olan “qlütensiz” məkanlar haqqında yenilikləri və şərhləri əldə etmək üçün qeydiyyatdan keçə bilər.