Schär | glutenfree Products - Qlütensiz bişirmək: Hər şey qarışıqdan asılıdır!

Qlütensiz bişirmək: Hər şey qarışıqdan asılıdır!

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Necə ola bilər ki, heç də bütün qlütensiz çörəklər qlütensiz deyil?    

Qlütensiz bişirmədə vacib məqam xəmirin və bişirilən yeməklərin arzu olunan xüsusiyyətləri qazanması üçün düzgün un qarışığının istifadə olunmasıdır.  Mükəmməl nəticəyə nail olmağın yollarını sizə də söyləyəcəyik. 

Qlütensiz bişirmək heç də çətin deyil

Biskvit kimi xırçıldayan, təzə çörək kimi yüngül, çəkisiz və ya quru makaron kimi uzanan…

Tərkibindəki unikal zülal olan qlüten sayəsində adi un bütün bu tələblərə cavab verir. Buna bənzər texniki xüsusiyyətlərə malik başqa zülal mövcud deyil. Qlüten xəmirin hazırlanması zamanı su əlavə etməklə və mexaniki proseslə, yəni xəmirin yoğrulması ilə əldə olunan elastikliyi və dartılmanı təmin edən tərkib hissəsidir.  Bununla yanaşı qlütensiz bişirmədə ən vacib olan məqam xəmirin və bişirilən yeməyin istənilən xüsusiyyəti qazanması üçün düzgün qarışığı seçməkdir.

Qlütensiz çörək barədə bunları bilməlisiniz.

Əsasən qarğıdalı unu, düyü, qarabaşaq yarması və qarğıdalı, kartof, tapioka və düyüdən əldə olunan nişasta qlütensiz pəhrizin əsas tərkib hissəsidir. Qlütensiz bişirmə üçün lazım olan qarışıqlarla bağlı nəzəri çətinlik tərkibində qida məhsullarının qlütensiz əvəzedicilərinin ideal kombinasiyasını yaratmaqdır.  Məsələn, nişasta çörəyin çəkisiz olması və daha yaxşı qalxması üçün lazımdır, un çörəyə xüsusi dad verir və daha uzun müddətə təzə saxlayır. Müxtəlif qalınlaşdırıcılar, məsələn, buynuz ağacı toxumları və ya quar toxumu unu və vacib qatqı maddələri qlütensiz çörək məhsullarına istənilən rəngi, dadı, həcmi və sıxlığı verir.

“Schär” kulinariya təcrübələrənizi əyləncəli etmək məqsədilə, fərqli məhsulların bişirilməsində tətbiq olunan müxtəlif qlütensiz un qarışıqlarını hazırlayıb. Bu qarışıqların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir və daha uğurlu nəticə əldə etməyə kömək edir.

İstənilən təamın hazırlanmasında istifadə oluna bilən qlütensiz un

Hər bir təamın hazırlanmasında istifadə oluna bilən məqsədəuyğun un qarışığı var. Düzgün seçilmiş unla qlütensiz bişirməyə necə asanlıqla nail olmağın mümkün olduğuna çox təəccüblənəcəksiniz!

Schär Mix B – Bread Mix: Bu un hörük bulkası, fokatça, pizza və s. xəmir məmulatları kimi qlütensiz   ağ undan hazırlanmış makaronun bütün formalarını əldə etməyə imkan verir. Belə bir un qarışığı?? Evdə hazırlanmış qlütensiz çörək, həmçinin çörək hazırlama qurğuları üçün əlverişlidir və qiymətli acıpaxla zülalı ilə zəngindir.

Schär Mix it Rustico”: Tünd, toxumlu çörəyi sevirsinizsə, bu, yüksək keyfiyyətli saflaşdırılmış kətan toxumu və qarabaşaq unu, noxud kəpəyi və alma lifi olan ballast materialları ilə zəngin dadlı bir alternativ məhsuldur.

Schär Mix C – Mix Pâtisserie”: Bu qlütensiz un qarışığı ilə siz qlütensiz peçenyelər, Milad peçenyesi, qarışıq peçenye kimi bütün növ şirin biskvitlər hazırlaya bilərsiniz. Bu unla hazırlanmış qlütensiz ruletlər, nazik vaflilər, bulkalar və ya tez ovulan peçenye  xüsusilə yaxşı alınar.

Schär Farina”: qlütensiz bişirmək üçün istifadə oluna bilən bu çoxyönlü un xüsusilə yumurtalı makaron, klyotek, əriştə, omlet, sous və çörək hazırlanması üçün münasibdir.

Əlbəttə ki, “Schär Pan Grati” çörək unu mətbəxdən əksik olmamalıdır. Bu un yemək bişirərkən və qızardarkən yeməyin qızıl qəhvəyi qabıqlı olmasına şərait yaradır.

Qlütensiz bişirməyə başlamaq çox asandır… “Schär” ilə

Mükəmməl təamın əsas tərkib hissəsi undur. Mikserin telini əlinizə alıb qlütensiz təam hazırlayanda bunları yadınızda saxlayın: Oyunun digər qaydaları belədir. Ənənəvi un ilə çox yaxşı yeməklər hazırlaya bildiyiniz reseptlər qlütensiz mətbəxdə işə yaramaya bilər. Aşağıda qeyd olunan təlimatlar və ipucuları ilə siz qlütensiz məhsullarla piroqlar hazırlaya biləcəksiniz. Bir az təcrübə qazandıqdan sonra isə “Schär”ın qlütensiz un qarışıqları ilə əla yeməklər hazırlamaq üçün sevimli reseptinizdə dəyişiklik edə bilərsiniz.

Səriştəli transformerlər: Ən bacarıqlı çörəkçilər və aşpazlar belə xətaya yol verə bilər. “Trudelin qlütensiz xörəklər” kitabının müəllifi, illərdir səylə “Schär” üçün reseptlər hazırlayan Trudel Marquart deyir: “Tez ovulan peçenyeni parçalayın, dondurucu torbaya qoyun, oxlov ilə əzin və kremli çizkeyk üçün əla piroq bazası hazırlamaq məqsədilə yağ əlavə edin. Çörək yaxşı alınmazsa, kub formasında doğrayın və onu  “royale” çörəyi kimi istifadə etmək üçün zeytun yağı və ədviyyatlar əlavə edib qızardın. Beləcə, öz xəyallarınızı həyata keçirin”.

Qlütensiz bişirmədə sizə uğurlar arzulayırıq!