Mayonezdə qlüten varmı?
Bütün məhsullar None
Mayonezdə qlüten varmı? Əslində, mayonez inqrediyentləri təbii olaraq qlütensizdir, buna görə də klassik ,evdə hazırlanmış mayonezin tərkibində qlüten yoxdur.
Mayonez nədən hazırlanır?
Mayonezin əsas inqrediyentləri yumurta, yağ, sirkə və/və ya limon suyu, bəzi ədviyyatlardır. Onu hazırlamaq üçün əvvəlcə yumurta və yağı birlikdə çalıb, emulsiya halına gətirirsiniz, sonra sirkə və/və ya limon suyundan birini əlavə edirsiniz. Ədviyyatlardan duz, istiot, şəkər, xardal, xardal toxumu və kərəviz toxumu istifadə oluna bilər. Günəbaxan kimi yumşaq ətirli yağdan istifadə etmək yaxşıdır, çünki zeytun yağı kimi daha güclü dadan yağlar ləzzəti ağırlaşdıra bilər. Bir də biyan sirkəsindən istifadə etməyin, onda qlüten var.
Evdə mayonezi necə hazırlamaq olar
Əgər mayonezin qlütensiz olduğundan əmin olmaq istəyirsinizsə, onu evdə özünüz düzəldin. Bizim möhtəşəm reseptimizi sınayın.
- 1 yumurta
- 1 xörək qaşığı sirkə
- 1/4 çay qaşığı duz
- 240 ml yağ – günəbaxan kimi yumşaq dadı olan yağ çeşidi ən yaxşısıdır
- 1 çay qaşığı limon suyu
- Ədviyyatlar – istiot, şəkər, xardal, xardal toxumu, kərəviz toxumu yaxşı seçimdir
- Yumurtanı qida prosessoruna qoyun və 30 saniyə qarışdırın.
- Sirkə, duz əlavə edin və daha 30 saniyə çalın.
- Çalmağa davam edin və yağı bir neçə damcı olmaqla əlavə edin. Yağı çox tez əlavə etməmək vacibdir ki, düzgün qatılaşsın.
- Qarışıq qatılaşdıqdan sonra limon suyu və ədviyyat əlavə edin. Vəssalam!
Mayonezlə reseptlər
Evdə hazırladığınız mayonezi bu reseptlərdə istifadə edə bilərsiniz
Çili mayonezli soğan halqaları
Schär Mix Bread qırıntıları ilə hazırlanmış xırçıldayan,qlütensiz soğan halqalarımızın yanına bir az çili sousu ilə qatılmış mayonez, mükəmməl olur.
Krivetkalı tost
Qlütensiz Skandinaviya klassikası.. Hazırlanması… Bu krivetka tostlarını hazırlamaq üçün Pan Rustico dilimlərini götürün, qaymaqlı mayonezə batırın, üstünə krivetka və dilimlənmiş qaynadılmış yumurta əlavə edin. Mükəmməl dad.
Hot dog
Bu, bir Amerika klassikasıdır . Öz əlinizlə qlütensiz hot-dog çörəklərinizi hazırlamaq üçün reseptimizdən yararlanın, hazır olandan sonra çörəkləri Frankfurt sosisləri, qızardılmış soğan və evdə hazırlanmış mayonezlə doldurun.