Autoimmun xəstəliklər və allergiya
Bütün məhsullar None
Autoimmun xəstəliklər, allergiya və intolerantlığın müxtəlif səbəbləri, simptomları və reaksiyaları haqqında öyrənin. Onlar eyni deyil!
Autoimmun xəstəlik nədir?
İmmunitet sistemi bədənimizi xəstəliklərdən və infeksiyalardan qoruyur. Lakin, bəzi hallarda, immunitet sistemi pozulur və səhvən sağlam hüceyrələrə, toxumalara və orqanlara hücum edir. Bu hücumlar nəticəsində yaranan vəziyyətə autoimmun xəstəlik deyilir.
Elm adamları 80-dən çox autoimmun xəstəlik aşkar ediblər. Bəziləri çölyak xəstəliyi, romatoid artrit, 1-ci tip diabet, lupus və dağınıq skleroz və s. kimi tanınmış və nisbətən rastgəlinəbiləndirsə, digərləri daha nadirdir və diaqnozu çətin qoyulandır.
Əksər autoimmunxəstəliklərin müalicəsi yoxdur və simptomları yüngülləşdirmək üçün ömürlük müalicə tələb olunur.
Allergiya autoimmun xəstəlikdirmi?
Bəzən insanlarda müəyyən qidalara qarşı intoleranslıq olur, buna ən çox rast gəlinən nümunə laktozaya qarşı intolerantlıqdır. İntolerantlıqda, immun sistemi iştirak etmir. Reaksiya adətən həzm sistemi ilə məhdudlaşır, ishal və ya ürəkbulanma kimi xoşagəlməz, lakin şiddətli olmayan simptomlarla müşayiət olunur.
Qidaya qarşı intolerantlıq qida allergiyasından fərqlidir, çünki o, həmişə dərhal reaksiyaya səbəb olmur, lakin qida istehlak edildikdən saatlar sonra baş verə bilər və ya zamanla tədricən, bədəndə yığıldıqca baş verə bilər. Qidaya qarşı intolerantlığı olan bir insanın az miqdarda ona zərərli maddəni qəbul etməsi də bəzən mümkündür, ancaq allergiya varsa, immunitet sisteminin reaksiyasını aktivləşdirmək üçün az miqdarda allergen kifayət ola bilər.
Autoimmunxəstəliklər və allergiya: oxşarlıqlar və fərqlər
Həm autoimmunxəstəliklər, həm də allergiya çox zaman insanın genetik meyli olduqda baş verir; başqa sözlə, ailələrdən gəlir. Məsələn, süd allergiyası valideynlərinin də allergiyası olan uşaqlarda daha çox rast gəlinir. Çölyak xəstəliyi, bədənin qlütenə reaksiyası ilə əlaqəli bir autoimmun xəstəlikdir və demək olar ki, yalnız müəyyən bir genetik variantı olan insanlarda baş verir. Bununla belə, allergiya və ya autoimmun xəstəliyin niyə bəzi insanlarda daha çox, bəzilərində isə genetik meylli olsa belə, daha az aktiv olmağı, məlum deyil.
Autoimmun xəstəliklərlə allergiya arasındakı əsas fərqlərdən biri, allergiyanın,( xüsusən də uşaqlarda) yarana və yoxa çıxa bilməsidir, halbuki autoimmun pozğunluqlar isə ömürlükdür. Simptomlar da tamamilə fərqli olur. Məsələn, allergiya sistemdə qəfil şok yaradır, autoimmun xəstəliklər isə müalicə olunmazsa, bədən daxilində toxuma və orqanlara proqresiv ziyan vurur.
Qida allergiyası autoimmun xəstəliklərə səbəb ola bilərmi?
Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. Mümkün bir nəzəriyyə odur ki, bəzi mikroorqanizmlər (bakteriyalar və ya viruslar) və ya dərmanlar immunitet sistemini çaşdıran dəyişikliklərə səbəb ola bilər. Bir çox hallarda, məsələn,çölyak xəstəliyində olduğu kimi, insanların müəyyən bir autoimmun pozğunluğu genetik meyliliyin olması ilə bağlıdır.
Başqa bir nəzəriyyə, allergiyanın hələ də düzgün başa düşülmədiyi şəkildə autoimmun xəstəliklərə səbəb ola biləcəyidir. Tədqiqatçılar qoz allergiyası ilə dəriyə təsir edən pemfiqus vulgaris adlı autoimmun xəstəlik arasında əlaqə olduğunu sübut edib. Bəzi insanlarda qoz allergeninə məruz qalma, dəri xəstəliyinə səbəb kimi görünürdü.
İmmunitet sistemi, allergiya və autoimmun xəstəliklərini aktivləşdirən səbəblər daha çox öyrənilməlidir.