Bişirmək və hər reseptdən həzz almaq üçün qlütensiz unlar
Bütün məhsullar Mətbəxdə
Çörək bişirmək üçün qlütensiz un, qlüten həssalığı və ya çölyak xəstəliyi olan aşpazlar üçün çox vacibdir.
Schär bunun həllini tapıb: reseptlərinizin ən yaxşısını etmək və qlütendən narahat olmadan təzə bişmiş çörək və evdə hazırlanmış makarondan həzz almaq üçün beş növ un var.
Makaron və souslar üçün un
Schär’s Farina Mehl, qlütensiz qarğıdalı və düyüdən hazırlanmış qlüten həssaslığı olan şəxslər üçün ənənəvi buğda ununa hərtərəfli alternativdir. O, bütün növ makaron və ya hər hansı xəmir üçün idealdır, odur ki, ondan gnocchidən tutmuş, küftə və ya pancake kimi hər hansı bir şey hazırlamaq üçün istifadə edə bilərsiniz. O, həmçinin sousları və kremləri qatılaşdırmaqçün əladır. Evdə hazırlanmış makaron bişirməkdə iddialı olun: zəngin Bolonez sousu ilə dadlı,tərcümədə “kiçik qulaqlar” mənasını verən “yumurtalı makaron” və ya “orekkiette” reseptlərimizi sınayın.
Universal qlütensiz un
Mix it! Universal, Schär-ın şirniyat və hər cür başqa yeməklər üçün yeni və təkmilləşdirilmiş universal unudur. Bu, bazarda olan ən universal alütensiz un qarışımlarından biridir, onunla həqiqətən yaradıcı ola bilərsiniz. Ləzzətli xırçıltılı çörək və əla pizza bişirməkdən tutmuş zərif və yumşaq biskvit tortuna qədər bu qarışıq hər şey üçün yarayır.
Qlütensiz çörək üçün un qarışımı
Hər növ mayalı xəmir üçün ən yaxşı un qarışımımız! Mix Bread əsasən çörək üçün nəzərdə tutulub hazırlanıb və hər yerdə çörəkbişirmə mütəxəssisləri sobada göstərdikləri təcrübələrdə Schär-a üstünlük veriblər. Klassik ağ qlütensiz bulka və ya hər zamanakı klassik çörək kimi reseptlər üçün istifadə edin! Bişirin və qaynar-qaynar yeyin!
Xəmir işləri üçün qlütensiz un
Schär’s Mix C Pâtisserie, istənilən növ tortu və ya biskviti peşəkar standartlara uyğun bişirməyə imkan verən qlütensiz un qarışımıdır. Yumşaq tortlar və kekslər, xırtıldayan peçenyelər, tartlar ağlınıza gələn hər hansı bir xəmir işini ürəyinizcə olmağının qarantisidir, həmçinin şirin souslar və kremlər üçün istifadə edilə bilər. Bu, sizi qlütensiz cənnətə aparan qarışıqdır. Nənələrin qlütensiz peçenyesini və ya giləmeyvə ilə olduqca möhtəşəm qaymaqlı tortu hazırlayaraq bu unu sınayın.