Schär | glutenfree Products - Məhsulun keyfiyyəti

Məhsulun keyfiyyəti

Bütün məhsullar

Qlütensiz məhsullarımızın keyfiyyətinin sirri nədədir?

“Schär” şirkətinin qlütensiz məhsulları sadəcə dadlı deyil, həm də premium, təbii və təhlükəsiz qidalanma üzrə keyfiyyət standartlarına cavab verir. “Schar” məhsullarının mübahisəolunmaz keyfiyyəti aşağıdakılara əsaslanır:

  • •   Darı, kinoa, amarant, şabalıd və qarabaşaq kimi qlütensiz inqrediyentlərin əldə olunması
  • •   Darı və çəltiyin dayanıqlı şəkildə becərilməsinə birbaşa nəzarət
  • •   Xam materialların yüksək səviyyədə ixtisaslaşdırılmış istehsal müəssisələrində diqqətli şəkildə emalı.
  • •   Çörək də daxil olmaqla bir çox bişirilən məhsullarda lifin faiz göstəricisinin yüksək olması və tam taxıl/dənli bitkilərdən istifadə
  • •   Qənnadı məmulatlarımızın tərkibində şəkərin azaldılması
  • •   Üstün keyfiyyətli bitki yağından istifadə; hidrogenləşdirilmiş yağlar yalnız texnoloji zərurət olduqda istifadə edilir.
  • •   Qida təhlükəsizliyi və istehlakçıların müdafiəsi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq, məhsulun tərkibində natriumun azaldılması
  • •  Yüksək keyfiyyətli unlardan və zülaldan istifadə
  • •  Yalnız təbii aromatizatorlardan istifadə

•  Davamlı inkişaf üçün gündəlik əsasda tədqiqatlarla məşğul olmaq öhdəliyimiz