Schär | glutenfree Products - Dr. Schar İnstitutu –tibb mütəxəssisləri üçün

Dr. Schar İnstitutu –tibb mütəxəssisləri üçün

Bütün məhsullar

Həkimlər və dietoloqlar üçün çölyak xəstəliyi və qlütenə qarşı həssaslıq üzrə qlobal resurs.

Dr. Schär” şirkətində çölyak xəstəliyi ilə bağlı biliklər yalnız qlütensiz məhsul çeşidləri ilə məhdudlaşmır. “Peşəkarlar” komandamızda, daxili və kənar ekspertlərdən ibarət seçmə qrup çiyin-çiyinə çalışır. Onlara Avropa və ABŞ-ın müxtəlif yerlərindən olan peşəkar dietoloqlar və həkimlər dəstək göstərir. Bu isə bizim fəaliyyətimizin dünyanın bir çox ölkələrinin  bilik və təcrübəsindən bəhrələnməsinə imkan verir.

“Dr. Schär” şirkətinin “Peşəkarlar” şöbəsinin heyəti dünyanın hər yerindən olan həkimlər, dietoloqlar, çölyak cəmiyyətləri və ictimai rəy liderləri ilə davamlı əlaqə qurur və daim fikir mübadiləsi aparırlar. Geniş və çoxşaxəli təcrübələrə malik heyət Avropanın hər yerində çölyak xəstəliyi və qlütensiz qidalanma barədə məlumatlılığı və təsəvvürləri artırmağa qətiyyətlə səy göstərir. Bunu nəzərə alaraq, mütəxəssis kimi təhsilinizin inkişafında və xəstələrə həyatlarının yeni mərhələsinə mümkün qədər asan daxil olmaları üçün məsləhət və monitorinqin təqdim edilməsində sizə dəstək olmaq üçün tam spektrli xidmət təqdim edirik.

Dr. Schär İnstitutunda biz ixtisaslaşmış dietoloq və həlimlərə dəstək üçün çölyak xəstəliyi və qlütensiz qidalanma ilə bağlı beynəlxalq məlumat platforması yaratmışıq. Bizim xidmətlərimizdən tam istifadə edə və bəhrələnə bilməyiniz üçün, “Dr. Schär İnstitutu”nun veb-saytına daxil olduqdan sonra “Giriş” bölməsinə daxil olmağınızı xahiş edirik. Qeydiyyatdan keçmiş ekspert kimi, siz özünüz və xəstələriniz üçün bütün məlumat və materialları əldə edə bilərsiniz.

Bizimlə birbaşa əlaqə saxlamaq istəsəniz, aşağıdakı e-poçt vasitəsilə qlobal heyətimizlə əlaqə qura bilərsiniz: professional@drschaer.com.