Schär | glutenfree Products - Yeməkləri bu şəkildə qlütensiz hazırlayır və bişirirlər

Yeməkləri bu şəkildə qlütensiz hazırlayır və bişirirlər

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Verdiyimiz ümumi tövsiyələr gündəlik həyatda yeməkləri qlütensiz hazırlamaq və bişirmək üçün çox dəyərli məlumatlardır.

İnsanlar qlütensiz pəhrizə yeni keçəndə ilk vaxtlar bir qədər izahat və yardıma ehtiyac duyurlar. Yeməkləri rahatlıqla qlütensiz unla hazırlaya və bişirə bilməyiniz üçün aşağıdakı bəndlərdən ən mühüm qaydaları öyrənə bilərsiniz. Sizə uğurlar diləyirik!

Ümumi mətbəx tövsiyələri

  • Ərzaqlarınıza qlüten qarışmasın deyə, işçi səthini yaxşıca təmizləyin.
  • Reseptləri diqqətlə oxuyaraq, bütün tərkib hissələrini göstərilmiş miqdarlarda hazırlayın. Həmçinin ləyən, qaşıq, bişirmə formaları, mikser və lazım olan digər ləvazimatlar əl altında olmalıdır.
  • Qlütensiz un adi undan xüsusiyyətlərinə görə fəqrlənir və hər birində inqrediyentləri müxtəlif proporsiyalarda olan xüsusi reseptlər tələb edir.
  • Qlütensiz resept üçün doğru undan və dəqiq miqdarda istifadə etmək olduqca vacibdir, ona görə də reseptdən kənara çıxmaq olmaz.
  • Əgər sizin artıq praktikanız varsa, reseptlərə asanlıqla dəyişiklik, eləcə də yeni inqrediyentlərlə eksperimentlər edə bilərsiniz.

Bu qaydalara riayət edərək tətbiq etdiyiniz təqdirdə, heç nə sizə qlütensiz undan dadlı yeməklər bişirməyə mane ola bilməz. İndi isə, haydı, birbaş mətbəxə, sizə uğurlar!

Qlütensiz yeməklərdən ləzzət almaq üçün peşəkar aşpaz tövsiyələrini buradan əldə edə bilərsiniz!

Qlütensiz fritür – Nəyi etmək olar və nəyi etmək olmaz

Qabda iştahaçıcı şəkildə buğlanan, möcüzəvi xırçıltılı, qızılı rəngədək qızardılmış yeməklər – hətta qlüten dözümsüzlüyündə belə düzgün nou-hau ilə problem yaratmır.

Biz olar və olmazları aşağıdakı kimi ümumiləşdiririk:

  • Qızartmaq üçün istifadə edilən yağda heç bir qlütenli yeməyin bişirilməməyinə diqqət edin.
  • Heyvan və bitki mənşəli yağlar qlütensizdir, onlardan tərəddüd etmədən istifadə etmək olar.
  • Bütün yeməkləri mümkün qədər az qızardın. Qızardılmış yeməklər qızılı-qıhvıyi rəngdə olmalıdır.
  • Qızartdıqdan sonra yağını hopdurmaq üçün yeməyi salfetin üzərinə qoyun.

 

Qlütensiz qidalanmada qızartmaq üçün aşağıdakı ərzaqlar münasibdir:

  • Ət (qlütensiz üyüdülmüş suxari ilə örtülmüş)
  • Balıq və dəniz məhsulları
  • Qlütendən savayı, müxtəlif cür hazırlanan tərəvəzlər və kartof (kartof fri, çips, qızartma kartof)
  • Meyvə (qlütensiz unla örtməklə)
  • Qlütensiz bişinti, desertlər

 

Qlütensiz bişirmək – kiçik müdaxilələr, böyük nəticələr!

Qlütensiz bişirməyi elə də yaxşı bacarmadınız və öz sevimli çörəyiniz, yaxud bulkanız üçün darıxmağa başladınız? Səbirli olun, bir qədər çalışmaq və bir neçə tövsiyə ilə qlütensiz xəmirlər də yumşaq olacaq və siz ləziz bir nəticə əldə edəcəksiniz.

Normalda qlüten, xəmirin bir arada qalmasına cavabdeh olduğundan, qlütensiz unlarla işləyərkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Özünüz də görəcəksiniz ki, reseptlərimiz uğurludur və nəticə söz verdiyimiz kimi ləzzətli olacaq. Tezliklə isə siz qlütensiz bişirmə üzrə bir peşəkara çevriləcəksiniz!

Bu, qlütensiz bişirməni bir uşaq oyununa çevirir

  • Yalnız qlütensiz reseptlərdə göstərilmiş un növlərindən istifadə edin və inqrediyentlərin göstərilmiş miqdarlarından kənara çıxmayın.
  • Adi xəmirlə müqayisədə, qlütensiz xəmir üçün daha çox maye tələb olunur. Qlütensiz reseptlərdə göstərilmiş təlimatlara riayət edin.
  • Diqqət edin ki, əlavə etdiyiniz inqrediyentlər otaq temperaturunda olsun (kövrək (ovulmuş) xəmirdən savayı) və inqrediyentləri (un, quru maya) isə ələkdən keçirərək toz şəklinə salın.
  • Qlütensiz xəmir ələ və qablara daha güclü yapışır. Xəmirlə işləyərkən məsləhətdir ki, formaların içini bişirmə kağızları ilə örtə, yaxud yağlaya və ya unlayasınız. Ovulmuş xəmir ilə çalışarkən, xəmiri iki qat bişirmə kağızı arasında açmaq tövsiyə olunur.
  • Sobadan istifadə: Konveksiyalı sobalar kekslərin bişirilməsi üçün uyğundur (bir-neçə bişirmə rəfində belə), lakin qlütensiz çörəyin bişirilməsi üçün yaramır. Mayalı xəmir daha tez quruyur. Arzu olunan temperatura çatmaq üçün, sobanı öncədən işə salın. İlk 15 – 20 dəqiqə ərzində sobanın qapısını mümkünsə açmayın.

 

Qlütensiz resept platformamıza daxil olaraq, ləziz bişirmə reseptləri ilə tanış olun və ilhamlanın.

Qoyun çörək bişirmə maşını sizin üçün işləsin

Siz bişirmə maşını sayəsində usta bir çörəkçi olacaqsınız. Özü də bunu hər hansı bir səy göstərmədən edəcəksiniz. Burada çörək bütünlüklə özü qarışır və bişir. Onu öncədən elə proqramlaşdırmaq da olur ki, qlütensiz ağ çörək səhər yeməyi üçün tam vaxtında bişsin. Siz sadəcə tərkib hissələrini əlavə etməli, çörək tipini, bişirmə rejimini, qızarma dərəcəsini və vaxtı qurmalısınız – vəssalam. Bütün digər şeyləri maşın özü edəcək.

Hətta maşında bişirərkən həm şirin, həm də duzlu inqredientləri eyni vaxtda seçmək olar: balqabaq tumları, çərəzlər, zeytun, pomidor, quru meyvələr, təzə meyvə, darçın. Müvafiq təməl xəmirin tərkibini istəyə görə genişləndirə bilərsiniz. Tərkib hissələrinin dərhal, yoxsa bişmə zamanı tədricən əlavə edilməli olduğunu bilmək üçün istismar təlimatını oxuyun.

Mühüm əsas qaydalar:

  • Hər zaman ilk növbədə maye tərkib hissələrini əlavə edin.
  • Tərkib hissələrini dəqiq ölçün, yaxşı olar ki, elektron mətbəx tərəzisi ilə.
  • Mayanı (və ya mayalı xəmiri) hər zaman ən son əlavə edin, özü də duzla qarışdırmayın.
  • Bişirdikdən dərhal sonra çörəyi formadan çıxardıb dəmir barmaqlığın üstündə soyudun.
  • Əgər dərhal bişirirsinizsə, tərkib hissələrini ilıq halda istifadə edin. Yox, əgər öncədən vaxt seçimi ilə, yəni bir gecə saxlamaqla bişirəcəksinizsə, o zaman tərkib hissələri soyuq olmalıdır ki, maya vaxtından əvvəl acımasın.

Çörək maşınları ilə hazırlanan digər çörək reseptlərini qlütensiz resept platformamızdan tapa bilərsiniz.

 

Qlütensiz ehtiyat

Əgər qlütensiz çörək bir-neçə gün ərzində yeyilirsə, onu plastik  sellofana qoyaraq quru və sərin yerdə 2 – 3 gün saxlamaq olar.

Qlütensiz çörək, piroq, pizza və s. dondurucuda uzun müddət saxlanıla bilər. Yenicə bişdikdən sonra, soyudulmuş bişintiləri sellofana qoyaraq dondurun. Ayrı-ayrı dilimləri götürmək asan olsun deyə, yaxşı olar ki çörəyi dilimləyərək dondurasınız. Bütöv çörəyin donunu otaq temperaturunda, yaxud da 200°C -də bir-neçə dəqiqə ərzində bişirmə sobasında açın. Beləliklə də, qlütensiz bişinti məhsulları evinizdə hər zaman olacaq.

Kövrək (ovulmuş) xəmirdən hazırlanmış yastı qurabiyələri  konserv bankalarında uzun müddət saxlamaq olar. Tort və piroqlar üçün isə xüsusi qablar nəzərdə tutulur.

Beləliklə, sizə heç nə yeməkləri və bişintiləri qlütensiz hazırlamağa mane ola bilməz!