Schär | glutenfree Products - “Schär” çörək məmulatları

“Schär” çörək məmulatları

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Tarladan süfrənizə

Söhbət qlütensiz qidadan gedirsə, siz yalnız ən yaxşısına razılıq verə bilərsiniz, elə biz də. Xüsusi olaraq bizim üçün taxıl dənləri yetişdirən fermer, eləcə də ən yaxşı qidalandırıcı maddələrin seçilməsi üçün gecə-gündüz çalışan ekspertlərdən ibarət komandamıza etibar edə bilərsiniz. Fermerlərimizlə bağlı qısametrajlı filmi buradan izləyin.

  • Ən yaxşı qlütensiz çörəyi hazırlamaq üçün, “Schär”ın usta çörəkçiləri yalnız seçilmiş xammaldan istifadə edir. Düyü, qarğıdalı və qarabaşaq kimi əsas inqrediyentlər ciddi şəkildə nəzarət edilən məhsullardan əldə olunur. Beləliklə, biz istehsal prosesinin hər bir mərhələsində keyfiyyətə nəzarət edə bilirik.
  • “Schär”ın usta çörəkçiləri öz sahələrində ən yüksək səviyyədə təcrübəyə malikdirlər. Premium taxıllar qismində ənənəvi Afrika taxılı olan sorqum və ya mayalılar tərəfindən istifadə edilən kinoa kimi ənənəvi bitkilər daxil olmaqla, xüsusi diqqətlə seçilmiş yüksək keyfiyyətli inqrediyentlərdən hazırlanan çörəklərimizdə heç bir konservantlardan və süni qatqı maddələrindən istifadə olunmur. Bu, “Schär”ın çörək məhsullarının keyfiyyətində öz əksini tapır – heç bir güzəştə getməyən mükəmməl bir dad!
  • Keyfiyyətli çörəyin hazırlanmasında vaxt məsələsi mühüm əhəmiyyət kəsb edir. Xəmirin ətrinin və elastikliyinin istənilən səviyyəyə gəlməsi üçün xəmir kənarda kifayət qədər gözlədilməlidir. Biz “Schär”da turşumuş xəmir mayası reseptindən istifadə etməklə öz ənənəmizi qoruyub saxlamağa çalışırıq. Bu resept çörəyi uzun müddət təravətli saxlamaqla yanaşı, ləzzətli və qidalandırıcı bir məhsul əldə etmək üçün onu ferment və vitaminlərlə də zənginləşdirir.

Səhər bir parça isti tost yeməyinizdən və ya nahar vaxtı ləzzətli bir sendviçə üstünlük verməyinizdən asılı olmayaraq, bir parça çörəyin ləzzətini heç nə əvəz etmir. Beləliklə, biz əsl dada malik olan orijinal çörəklər yaratmağa çalışırıq. Biz sağlamlığa faydalı olan çörəklərimiz üçün turşumuş xəmir mayasından və həzm olunması daha asan olan yüngül tekstura əldə etmək üçün darı və kinoa kimi qədim taxıllardan istifadə edirik. Lakin bu, yalnız çörəyimizə nə qatmağımızla bağlı deyil. Bu, həmçinin nə qatmadığımızla bağlıdır, belə ki, biz heç bir konservant əlavə etməməyi seçmişik. Fikrimizcə, çörək belə hazırlanmalıdır və belə olduqda ondan daha çox həzz almaq olar.