
QLÜTENSİZ MAYALI XƏMİR – ƏSAS RESEPT
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
İstər çörək və bulka, istərsə də şirin bişinti üçün olsun, mayalı xəmir qlütensiz bişintilərin əsas tərkib hissəsidir.
Çoxları mayalı xəmirə üstünlük verirlər. Lakin əbəs yerə. Mayalı xəmir çox həssas olub xüsusi rəftara və istiliyə ehtiyac duyur. Lakin əgər aşağıdakı bəndlərə diqqət yetirsəniz, siz də qlütensiz undan ləziz mayalı xəmir hazırlaya biləcəksiniz.
Addım-addım təlimat
İlk növbədə təzə mayadan istifadə etməklə, acımış xəmir hazırlayın. Bununla maya maksimum açılacaq və xəmir yumşaq, elastik və həcmli olacaq. Acımış xəmir üçün su, yaxud da süddə həll olmuş mayanı bir qədər qlütensiz unla qarışdırmaq lazımdır.
- Qalan inqrediyentləri (məs., kişmiş) da əlavə edərək, xəmir həmcins və incə məsaməli olana qədər, 5 dəqiqə müddətində hamısını bir yerdə yoğurmaq lazımdır.
- İndi xəmiriniz mayalı xəmir ilbizi, mayalı hörük bulkası və mayalı piroq kimi müxtəlif bişinti növləri üçün işlənməyə hazırdır.
- Xəmiri təqribən bir saat nəm dəsmalla örtülmüş ləyəndə isti bir yerdə (təqribən 30°C) saxlayn.
- Qızılı-qəhvəyi qabığın əmələ gəlməsi üçün, bişirməzdən öncə səthə süd və ya çalınmış yumurta yaxın.
Mayalı xəmirlə hazırlanan bir çox dadlı resepti qlütensiz resept platformamızdan da əldə edə bilərsiniz.
Əgər mayalı xəmir problem yaradarsa, yoxlama siyahısı:
Əgər qlütensiz xəmir qalxmaz və ya azca qalxar, yaxud da bişdikdən sonra yatarsa, nə etməli? Aşağıdakıları yoxlamaq lazımdır:
- Maya təzə idimi?
- Mayadan həddən artıq az və ya çox istifadə etdinizmi?
- Maye çox isti və ya çox soyuq idimi?
- Xəmiri həddən artıq az və ya çox yoğurdunuzmu?
- Xəmir qalxarkən otaq temperaturu uyğun idimi?
- Maya xəmirinə hava keçmişdimi?
- Bişmə temperaturu çox aşağı idimi?
Kiçik dəyişikliklər artıq böyük effekt verə bilər.
Mayalı xəmirlə bişirmə sevincinin böyük dünyası artıq sizə açıqdır: darçın ruletləri, mayalı hörük bulkaları, Berlin ponçiki, bubliklər, sinidə gavalı piroqu, çörək, bulka və daha nələr sizi gözləyir. Sizə bişirərkən çoxlu nəşə və nailiyyətlər arzu edirik!