Qlüteni necə tanımaq olar?
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Qlütenli qidaların qablaşdırmasında mütləq müvafiq nişan olmalıdır
Çölyak xəstəliyindən əziyyət çəkən, eləcə də qlüten və buğdaya həssas şəxslər üçün ərzaq alarkən qlüten nişanına diqqət yetirmək çox vacibdir.
Qlüten nişanının vurulması:
Ərzağın forma və kəmiyyətindən asılı olmayaraq tərkibində “qlütenli taxıl və ondan istehsal olunan məmulatlar” da daxil olmaqla, 14 allergendən biri varsa, bu, 2005-ci ilin noyabrından etibarən qablaşdırmanın üzərində mütləq qeyd olunmalıdır. Qlüten tərkibli taxıl növlərinə dair məlumatı qlüten haqqındakı məqalədən tapa bilərsiniz.
Sözügedən nişanın vurulması taxılın qlükoza şərbəti, dekstroz və ya maltodekstrin kimi şirinləşdirici məhsullara şamil edilmir, çünki bu məhsullarda qlüten daha aşkar olunmur.
İndi hətta qablaşdırması olmayan məhsullardakı allergenlər haqqında da məlumat verilməlidir. Belə bir məlumat yazılı, elektron və ya şifahi şəkildə də verilə bilər. Şifahi məlumatlandırma zamanı əlavə olaraq istəyə görə yazılı sənəd də təqdim edilməlidir.
Tərkibində özün (taxılın tərkibində olub xəmirə yapışqanlıq xassəsi verən zülali maddə) miqdarı 20 mq/kq-dan (= 20 ppm) artıq olan məhsullar qlütenli hesab olunur. Bundan başqa, istehsalçılar qablaşdırmanın üzərində üstündən xətt çəkilmiş sünbül nişanını da qoya bilərlər. Lakin bu könüllü qoyulan bir məlumat olub, məhsulun qlütensiz olmasına təminat vermir.
Qlütensiz ərzaqların alışı zamanı bəzi məsləhətlər
- Qlütensiz ərzaqları ən sadə yolla qablaşdırmanın üzərində olan “qlütensiz” və ya “gluten-free” yazısı, ideal halda isə üstündən xətt çəkilmiş sünbül nişanı vasitəsi ilə müəyyən etmək olar.
- Əgər qablaşdırmanın üzərində göstərilmiş tərkib hissələri siyahısındakı inqrediyentlərdən hətta biri belə sizə tanış gəlmirsə, həmin məhsulu rəfə geri qoyun.
- Əgər etiketin üstündə “nişasta” və ya modifikasiya edilmiş nişasta” işarəsi görsəniz, söhbət qlütensiz nişastadan gedir; qlütenli nişasta isə müvafiq şəkildə qeyd olunmalıdır.
Siz həkim və ya dietoloqsunuz? Mütləq nişanlama haqqında ətraflı məlumatı qlüten dözümsüzlüyü və qlütensiz qidalanma üzrə ekspertlər üçün informasiya platforması olan “Dr. Schär Institutu” saytından dan əldə edə bilərsiniz.