
Hidrogenləşdirilmiş bitki yağının təhlükələri
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
İstənilən qidanı qəbul etməzdən əvvəl etiketi oxumaq vərdişinə sahib olanlar və qlütensiz pəhriz qidaları qəbul edənlər əksərən bu məsələyə çox ciddi yanaşırlar, bu səbəbdən də
Dr. Schär-in reseptlərində hidrogenləşdirilmiş bitki yağından istifadə edilməməsi onların nəzərindən yayınmamışdır. Lakin siz bunun nə demək olduğunu dəqiq bilirsinizmi?
Bir çox sənaye məhsullarının tərkibində mövcud olan hidrogenləşdirilmiş bitki yağı poli-doymamış yağ turşuları ilə zəngin təbii yağlardan süni şəkildə həyata keçirilən və onları yağlı və bərk maddələrə çevirən fiziki-kimyəvi proses nəticəsində alınır. Dr. Schär-in Braziliya şöbəsindən məsləhətçi – qidalanma üzrə mütəxəssis İnes Kamila de Oliveira Alves xəbərdalıq edir ki, “Yağlar ilk olaraq hidrogen qazı kamerasına yerləşdirilir, daha sonra, yüksək təzyiq və temperatur altında qara, üfunət qoxulu bir pastaya çevrilirlər və həmin pastalar ağardılaraq onlardan rəngsiz və iysiz bir maddə alınır. Onun sözlərinə görə, bu prosedur sənayedə məhsulların təravətli və ya xırtıldayan görünməsi üçün istifadə olunur. Məsələn, bu, fəst-fud çipsilərində daha çox özünü biruzə verir. Həmçinin bu tip yağlar dondurma, çipsi, mikrodalğalı sobada hazırlanan popkorn, mayonez, marqarin, şokolad və digər qidalarda da mövcuddur.
Hər birinin xüsusi molekul quruluşu olan və orqanizmimizə fərqli təsir göstərən müxtəlif yağ növləri mövcuddur. Bədənimiz üçün ən sağlam doymamış maye yağlar hesab olunur ki, bu yağlar mono-doymamış (zeytun yağı, yağlı bitkilər, avokado) və poli-doymamış (balıq, kətan, soya yağı) olmaqla iki qrupa ayrılırlar. Qatı maddələr isə doymuş (ət, süd və onlardan yaranan heyvan mənşəli yağlar) və trans (və ya hidrogenləşdirilmiş bitki yağları) olaraq bölünürlər.
Son vaxtlara qədər doymuş yağlara insan sağlamlığının ən böyük düşməni kimi baxılırdısa, lakin artıq bu gün bizə onun pis xolesterolu (LDL) artırması ilə yanaşı, yaxşı xolesterolu (HDL) da artırdığı məlumdur. Digər tərəfdən, hidrogenləşdirilmiş bitki yağının qəbulunun yalnız LDL səviyyəsini yüksəltməsi barədə deyil, həmçinin HDL səviyyəsini də azalda bilməsinə dair elmi dəlillər mövcuddur ki, bu da ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.
Dr. Schär-in əsas hədəfi insan sağlamlığı və rifahına xidmət edən qlütensiz bir pəhriz təklif etmək olduğu üçün onun məhsullarında bu növ yağlardan istifadə edilmir. Eyni zamanda, italyan markasının heç bir reseptində transgen maddələr, rəngləyicilər və süni konservantlar yoxdur.
Dietoloq İnes Kamila de Oliveira Alves sağlam hesab edilən bəzi yağların adlarını qeyd edir. Beləliklə, gündəlik həyatınızda bu yağlara üstünlük verməyə çalışın:
Yağlı bitkilər
Yağlı bitkilərin arıqlamağa kömək etmək, ürək xəstəliklərini azaltmaq və hətta xərçənglə mübarizə aparmaq kimi sağlamlığa bir çox faydasını görə bilərik. Əsas mənbələr: anakardiya, fıstıq, qoz, Braziliya qozu, makadamiya qozu və digərləri hesab olunur.
Avokado
Bir çox insan bu meyvədən çox kalorili olduğuna görə qaçsa da, o, doymamış yağlarla (qandakı xolesterol səviyyəsinin yüksəlməsinə mane olan yaxşı yağ) zəngindir və tərkibində çoxsaylı vitaminlər, minerallar və antioksidantlar ehtiva edir. Avokado meyvəsinin yağı sağlamlığa çox xeyirlidir.
Zeytun yağı
Mövcud olan ən yaxşı yağ mənbələrindən biri hesab olunur, damarlarda pis xolesterolu azaltmağa kömək edir. Mütəmadi olaraq istifadə edilməsi bir çox xəstəliklə yanaşı, yaşlanmanın da qarşısını alır.
Qızıl balıq
Omega-3 seriyalı poli-doymamış yağ turşuları ilə zəngin olan qızılbalıq, ürək və bədən üçün ən sağlam qidalardan biri hesab edilir, çünki tərkibi vitaminlər, minerallar və “yaxşı yağlarla” zəngindir. Xolesterolu azaltmaqla yanaşı, konsentrasiyanı yaxşılaşdırır və stressi nəzarətdə saxlayır. Hamilə qadınlarda isə bu yağlar körpənin inkişafına kömək edir və doğuşdan sonrakı depressiya riskini də azaldır.
Kokos yağı
Kokos meyvələrindən alınan bu yağ çəki itirməyə kömək etməsi, bağırsaqlara təsir edən güclü bir tənzimləyici olmağı və toxluq hissini artırmağı ilə məşhurdur. Bədəndən çox asanlıqla sorulma xüsusiyyətinə malik təbii kokos yağı immuniteti, xolesterol səviyyəsini tarazlayır, antibakterial və antiviral təsir göstərərək, hətta dəri tonusunu da yaxşılaşdırır.