Schär | glutenfree Products - Çölyak xəstəliyi olan uşaqlar üçün qlütensiz qəlyanaltı ideyaları

Çölyak xəstəliyi olan uşaqlar üçün qlütensiz qəlyanaltı ideyaları

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Çölyak xəstəliyinə malik övladı olan valideynlər və qəyyumlara yardım etmək məqsədilə Schär uşaq qəlyanaltısı menyusuna uyğun bəzi tövsiyələr hazırlamışdır.

Uşağınızın məktəbə apardığı qəlyanaltılara xüsusi diqqət ayırmağınız çox önəmlidir, belə ki, bu, qida mövzusunda maariflənməyə və sağlam qidalanma vərdişlərinin formalaşmasına yardım edəcəkdir.  Övladınız çölyak xəstəliyindən və yaxud qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkirsə, bu narahatlıq ikiqat artar.

Övladınızda qida dözümsüzlüyü varsa səhər yeməyi qutusuna və yaxud qəlyanaltı üçün doğru qidanı hazırlamanız kifayət etməz, yeməklər çox çeşidli olmalı və balacaların ağız dadına uyğun elementləri özündə birləşdirməlidir.

Çölyak xəstəliyinə malik övladı olan valideynlər və qəyyumlara yardım etmək məqsədilə Schär uşaq qəlyanaltısı menyusuna uyğun bəzi tövsiyələr hazırlamışdır. Uşağınız qəlyanaltı, şirələr və meyvə birləşimindən ibarət sağlam və super bəsləyici bir pəhriz qəbul edəcəkdir. Meyvə şirəsini seçərkən hər zaman təbii olanından istifadə etməyə çalışın. Şirəni saxlamağın ilkin qaydası termos qablarından istifadə etməkdir, bu üsul mayeni işığın təsirindən qorumaqla yanaşı, həm də onun qıcqırmasının qarşısını alar.

 

Tövsiyələr bunlardır:

  • Alma, dadlı bir paştet ilə sendviç (Pão Rústicovə ya Pan Blanco) və uşağın zövqünə uyğun təbii meyvə şirəsi. Sonuncuda sənayedə hazırlanmış növünə üstünlük verdiyiniz təqdirdə, çalışın təbii və ya orqanik içkilər istehsal edən markalardan seçəsiniz
  • Armud, kiçik bir paket Maria biskvitləri + meyvə şirəsi.
  • Üzüm + Yakult kimi həzmə kömək edən qıcqırdılmış içkilərdən 1 porsiya (övladınızın laktozaya dözümsüzlüyü yoxdursa)

 

Dadlı və əyləncəli bir qəlyanaltı üçün 6 məsləhət

Muffin günü

Kapkeykin yaxın qohumu hesab edilən muffinin üzəri çox bəzəkli olmasa da o, həm uşaqları həm də böyükləri sevindirər. Muffinin hazırlanması olduqca asan və yüngül olmaqla yanaşı, bu kökə həm də çoxçeşidliliyi ilə fərqlənir, hətta duzlu növləri belə mövcuddur. Schär inqrediyentləri ilə hazırlanan reseptləri təqdim edirik. Həm asan, həm də uşaqları sevindirəcək qəlyanaltılar!

Əyləncəli qəlyanaltılar

Hansı uşaq eyni zamanda həm yemək yeməyi, həm də əylənməyi sevməz ki? Schär-in uşaq peçenyeləri xətti də uşaqların məhz bu oynamağa doymayan tərəfini təbliğ edir. Milly Friends şən və əyləncəli bir formata sahibdir, eyni zamanda az kalorili olması onu balacalar üçün ideal bir qəlyanaltıya çevirir. Mini Sorrisi, kakao və süd əsaslı içlik ilə hazırlanmış qlütensiz əla bir seçim olub ən kiçiklərin üzünü güldürür.

Bəs qlütensiz şokoladlı keks necədir?

Uşaqların məktəb çantasına qoymaq üçün növbəti seçim balaca Schär keksləri Pausa Ciok ola bilər. Günün ikinci yarısında qəlyanaltı kimi və yaxud dondurmanın yanında heç bir uşaq (nə də böyük) ona yox deyə bilməz!

Ərzaq ehtiyatı önəmlidir

Uşaq qəlyanaltılarında çox çeşidlilik önəmli olsa da, gündəlik qəbul edilən qəlyanaltıların da rahatlığı ön plandadır. Bunu nəzərə alan Schär bir paketin içində bir neçə variantda həm duzlu həm də şirin olmaqla peçenyeleri porsiyalara uyğun yerləşdirmişdir. Beləcə, siz paketi açdığınız zaman ziyana gedən ərzaq riski ilə qarşılaşmırsınız və bir qəlyanaltı üçün lazımi miqdarda qida əldə etmiş olursunuz.

Uşaqların sevimlisi: Sendviç

Bir uşağı qəlyanaltı zamanı sevindirmək istərsinizmi? Bunun üçün ən doğru kəlimə sendviçdir! Uşaqlar onu çox sevirlər. Tövsiyələr isə bunlardır:

  1. Hansı çörəkdən istifadə edəcəyinizi seçin. Schär 3 növsə pão de forma və 3 növdə də pão pré-assado çörəklərini təklif edir.
  2. İnqrediyentləri seçin. Hər zaman bir ədəd zülal, bir porsiya tərəvəz və ya paxla, həmçinin, övladınız turşaşirin ləzzətləri sevirsə, bir ədəd də meyvə qoymağı unutmayın
  3. Təqdimat əsasdır. Çörəyi fərqli bir formada kəsin, boşqabı bəzəyin, hazırlayın. Qəlyanaltı nə qədər əyləncəli görünərsə bir o qədər ləzzətli alınar.