Schär | glutenfree Products - BİZİM DİETOLOQLARIMIZ VƏ BİLİK ELÇİLƏRİMİZ

BİZİM DİETOLOQLARIMIZ VƏ BİLİK ELÇİLƏRİMİZ

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Dr. Schär-ın Qidalanma Xidmətləri bölməsi beynəlxalq səviyyədə fəaliyyət göstərən dieotoloqlar, qidalanma üzrə mütəxəssislər və həkimlərlə birgə əməkdaşlıq yolu ilə bu sahədə biliklərin idarə olunmasını təşviq edir. Lakin bu şöbə hər şeydən əvvəl yüksək peşəkarlıq səviyyəsinə malik və beynəlxalq səviyyədə şəbəkələşmiş bir xidmət və əlaqə mərkəzidir. Çölyak xəstəliyi və qlütensiz pəhriz üzrə mütəxəssislər, o cümlədən həkimlər və dietoloqlar bu bölməyə müraciət edə bilərlər.

İstehlak etdiyiniz qida məhsullarından əmin olmağınız üçün biz müxtəlif sahələr üzrə bilik və məlumatları təşviq edirik. Bəlkə də əyləncəli və ləzzət dolu anları qurban vermədən qida ehtiyaclarınızı sağlam və ehtiyatlı şəkildə qarşılamaq sizin üçün olduqca çətindir. Ən geniş spektrli qlütensiz qida çeşidləri ilə Schär sizin yanınızdadır. Belə ki, Schär ailəsi olaraq biz taxılın yetişdirilməsi üzərində tam nəzarətə sahibik. Biz həmçinin qida məhsullarının yaradılması proseslərini və bu sahədə ideyalarımızı da bölüşürük.

Qlütensiz qidalanma eyni zamanda güvən hissinə əsaslanır. Bizim təhlükəsizlik və dayanıqlılıq baxımından etibarlı olmağımız əkin prosesindəki birbaşa iştirakımızla təmin olunur. Schär etibarlı və ekspert fermerlərin köməyi ilə ən vacib xammallar üçün taxıl yetişdirir. Bu o deməkdir ki, biz əkindən biçinə qədər son məhsulun əldə edilməsi daxil olmaqla bütün istehsal mərhələlərinə tam nəzarət edirik və qlütensiz məhsullarımızın müstəsna keyfiyyətinə zəmanət veririk. Bütün xammallarımız istehsalatda istifadə edilməzdən əvvəl keyfiyyət laboratoriyalarında ciddi sınaqdan keçirilir. Bu bizə insanlarla bölüşdüyümüz nemətlərlə bağlı daha çox inam və müsbət yanaşma bəxş edir.

Biz 35 ildən çoxdur ki, öz resurslarımızı məhsullarımızın inkişafına sərf edirik. Bu məqsədlə, balanslaşdırılmış bir pəhriz yaratmaq üçün premium inqrediyentlərdən hazırlanmış yüksək keyfiyyətli məhsullar üzrə axtarış edir, onları hazırlayır və insanlarla paylaşırıq. Həyatınızda xoşbəxt anlar yaşamağınız üçün sizə gün keçdikcə daha yaxşı qlütensiz təamları təklif edirik.

Düşünürük ki, həyatda sağlamlıq və keyfiyyət eyni qəpiyin iki üzüdür. Bizim məhsullarımız və Schär-ın bütün istehsal zənciri 100% qlütensizdir. İstehsal etdiyimiz məhsullar üçün məsuliyyət daşıyırıq və bütün etibarımız və qayğımızla sizin yanınızdayıq.

Biz Azərbaycanda çölyak xəstəliyinin diaqnozunu qoyan ən yaxşı mütəxəssislərlə əlaqə yaratmışıq. Bu minvalla siz də həmin mütəxəssislər barədə daha ətraflı məlumat əldə edə biləcəksiniz. Əgər siz də xəstəliyin harada və necə düzgün müayinə edildiyini və hansı pəhrizlərin tövsiyə edildiyini bilmək istəyirsinizsə MediClub mərkəzində həkim Günay Bayramovaya müraciət edə bilərsiniz. Siz onunla telefon (Tel.: +994 50 569 03 55) və ya e-poçt (gunay.bayramova.75@mail.ru) vasitəsilə əlaqə yarada bilərsiniz.