
Uşaqlar üçün qlütensiz pəhriz üçün əsas bələdçi
Bütün məhsullar Ailə və uşaqlar
Uşağımı glutensiz pəhrizə keçirməliyəm?
Əgər uşağınızın qlütenə qarşı həssaslığı varsa, bəli, siz onu glutensiz pəhrizə keçirməlisiniz.
Qlütensiz pəhriz ilə müalicə olunan iki tibbi hal çölyak xəstəliyi və qlütenə
qarşı dözümsüzlükdür ki, bu da çölyak olmayan qlüten həssaslığı (ÇOQH)
olaraq bilinir. Bunların heç birinin müalicəsi yoxdur və yeganə müalicə
glutendən imtina etmək və bu üsulla bədənin mənfi reaksinı qarşısini
almaqdır.
Çölyak xəstəliyi, bir otoimmun xəstəlikdir və bədənin immunitet sisteminin səhvən qlüteni zərərli bir işğalçı kimi görüb, ona antikorlarla hücum etdikdə meydana gəlir. Bu hücum, ehtiyac duyduğumuz qidaların çoxunun əmildiyi kiçik bağırsağın divarlarını zədələməklə başa çatır və müalicə edilmədikdə ciddi sağlamlıq nəticələrinə səbəb olur. ÇOQH, qlütenə mənfi reaksiyanın olması ilə oxşardır, lakin bağırsaqda eyni ciddi zədələnməyə səbəb olmaması ilə fərqlənir.
Uşaqlar üçün qlütensiz pəhrizə necə başlamaq olar
Birincisi, özünüzü uşağınızın yeməyinə və pəhrizinə baxan şəxs kimi
hazırlamalısınız. Siz həmçinin uşağı bəzi dəyişikliklərin zəruri olduğu fikrinə hazırlamalısınız. Bu, klişe kimi səslənə bilər, amma qlütendən imtinanı bir macəra kimi göstərə bilsəniz, bu, sizə həqiqətən də kömək edəcək. Uşağınızla ünsiyyət qurmaq üçün hansı yolla getməyinizdən asılı olmayaraq, onların sevimli supermarket qəlyanaltılarını və ya fast food seçimlərini yeməyə gəldikdə, qlütensiz olmağın fərq yaratması faktından qaçmağın mənası yoxdur.
Ancaq hər şey elə də pis deyil.
Uşağın qlütenli sevdiyi şeylərin çoxu, adətən onların qlütensiz analoquna
dəyişdirilə bilər. Qlütensiz un ilə pizza bazasın necə hazırlamaq üçün sizə bir az vaxt və səy lazım olacaq və qlütensiz burger çörəkləri üçün alış-veriş sizi adi marşrutunuzdan uzaqlaşdıra bilər, lakin bu mümkündür. Badam, amarant, qarabaşaq, manok, kokos, qarğıdalı, noxud və mərcimək, darı, kinoa, düyü, saqo, küncüt, soya və tapyoka unları, qlütensiz taxıl və unlarından yalnız bir qismidir.
Yeni yeməkləri yoxlamaq üçün, və ya öyrəşdiyiniz yeməklərin
inqrediyentlərini yenilərinə dəyişib məşq etmək üçün vaxt tapmağa çalışın və uşağınızdan yardım istəyin. Bunu etmək üçün əyləncəli üsullardan biri, “pff” “OK”dan “mmm”a qədər etiketlər hazırlamaqdır və yeməklər üçün
reytinqlərdə bunun diaqramini düzənləmək ola bilər. Ən yaxşı yol, uşağınızı sizinlə və ailənizin qalan hissəsi ilə prosesdə iştirak etməyə təşviq etmək və qlüten olmadan yemək vaxtlarından həzz almağa davam etmək tapmacasını birlikdə həll etməkdir.
Uşaqlar üçün qlütensiz qidalar
Bəxtinizdən, yeni pəhrizdə işlədiləcək qidaların çoxu, dadlı və faydalı
yeməklərin təbiətdə qlütensiz olmasıdır. Ət, quş əti, balıq, dəniz məhsulları, meyvələr, tərəvəzlər, göyərti və əksər ədviyyatlar kimi əsas qidalar, satış üçün emal olunmamışsa və ya qatılaşdırıcı kimi un ola bilən sousda məsələn, çörəyə batırılmış balıq və ya ət olmadığı təqdirdə, qlütensizdir.
Qəlyanaltılar və şirniyyatlara gəldikdə, duz və şəkər özlüyündə problem deyil, lakin bütün emal olunmuş qidalar qlüten üçün yoxlanılmalıdır. Əgər uşağınız hələ körpədirsə, onu hələ də ana südü ilə qidalandırırsınızsa, glutendən çəkinməli və bütün formulaların qlütensiz olduğundan əmin olmalısınız. Çölyak xəstəliyi və ya ÇOQH olan kiçik bir uşağın balanslaşdırılmış pəhriz aldığından əmin olmaq üçün pediatrdan məsləhət alın.
Siz tez bir zamanda etiketləri diqqətlə oxumağı öyrənəcək və pivə mayası
kimi gizli qlüten əlamətləri ola biləcək şərtləri öyrənəcəksiniz. Glutensiz
sertifikatlaşdırma proqramları Glutensiz Sertifikatlaşdırma Təşkilatı (GST) və Glutensiz Sertifikatlaşdırma Proqramı (GSP) kimi müstəqil təşkilatlar tərəfindən idarə olunur ki, bu da glutensiz etiketli qidaların tərkibində qlütenin milyonda 20 hissədən çox olmamasını( ppm) və ya daha az olmasını təmin edir ki, reaksiyaya səbəb olmasın.
Bir çox ölkələrdə Böyük Britaniya Çölyak Cəmiyyətinin Crossed Grain
(üzərindən xətt çəkilmiş buğda) glutensiz simvolunu görmək adi haldır və bu simvol Schär qlütensiz məhsullarında nəzərəçarpacaq şəkildə nümayiş
etdirilir. Bu simvollar və loqolar məhsulun sınaq prosesindən keçdiyini və
qlütensiz pəhriz saxlayan hər kəs üçün təhlükəsiz olduğunu təsdiq edir.
Uşaqlar üçün qlütensiz pəhriz saxlarkən qida alış-verişi və hazırlığı üçün məsləhətlər
Alış-veriş edərkən, qarabaşaq və ya amaranth kimi alternativ taxıl və unları axtarın və qlütensiz qidanın qlüten tərkibli məhsulla təmasda olduğu zaman baş verən mümkün çarpaz bulaşma xəbərdarlığı üçün etiketləri diqqətlə yoxlayın. Sevimli yeməklərinizi bişirmək hələ də mümkün ola bilər – lakin hər bir resept üçün ən uyğun olan buğda unu əvəzedicisini tapmaq üçün bəzi sınaq və səhvlər tələb oluna bilər.
- Yayma və souslarla yaradıcı olun. Qlütensiz alın və ya özünüz hazırlayın. Mürəbbə və cem hazırlamaq asan və əyləncəlidirç həm də qlütensizdir.
- Əgər uşağınız yemək seçəndirsə, xüsusən də diaqnozdan sonra uyğunlaşma dövründə güc və çəkisini artırmağa kömək etmək üçün əlinizdə qlütensiz qidalandırıcı şeyk və ya güc batonları olsun.
- Uğurlarınızı paylaşın! Maraqlı qlütensiz bir yemək və ya qəlyanaltı ilə qarşılaşdığınız və ya kəşf etdiyiniz zaman, qonaqlıqda uşağınızın paylaşması üçün daha çox hazırlayın ki, uşağınız yeganə qlütensiz yeyən olmasın.
Uşaqlar üçün qlütensiz pəhriz planı
Qlüten, əslində uşağınızın və ya kimsənin xüsusən qaçıracağı bir qida
maddəsi deyil. Onu əvəz edən o qədər protein mənbəyi var ki. Uşağınız
ehtiyaclarını ödəməkdə çətinlik çəkirsə, bir diyetisyen və ya pediatrınızdan
peşəkar məsləhət alın.
Uşaqların məktəb yeməklərinə gəldikdə, siz onların qlütensiz yemək almalarını təmin etmək üçün məktəb və mətbəx işçiləri ilə yaxından işləməli olacaqsınız. Kiçik uşaqlarla, daha diqqətli olmaq lazımdır ki, yalnız onlara verilən yeməyi yesinlər, qidalarını dəyişdirməməsindən əmin olmaq üçün sayıqlıq tələb olunur. Bəzi ailələr məktəbdə uşaqlar üçün təhlükəsiz və balanslı yeməkləri təmin etmək üçün evdə qablaşdırılmış yeməyi hazırlamağı daha asan hesab edə bilər.
Uşaqlar üçün ən yaxşı qlütensiz qəlyanaltılar
İndi qlütensiz pəhriz haqqında daha yaxşı biliyiniz olandan sonra, bunu,
praktikaya necə keçimək yolları haqqında düşünə bilərsiniz. Böyüyən
uşağınızın böyüməsini və inkişafını təmin etmək üçün sağlam və balanslı bir pəhrizə ehtiyacı var, lakin gündə üç dəfə yemək kifayət olmaya bilər –
böyüyən uşaqların qəlyanaltılara ehtiyacı var.
Uşağınız üçün əl altında saxlamaq üçün bir neçə sadə qlütensiz qəlyanaltı
ideyaları:
- Banan, alma və üzüm kimi təzə meyvələr (dilimlənmiş).
- Alma püresi, evdə hazırlanmış və ya mağazadan alınmış
- Sərt qaynadılmış yumurta
- Humus və ya ranch sousu ilə dilimlənmiş tərəvəzlər
- Salsa və ya quakamoli ilə qarğıdalı çipsləri
- Qlütensiz krakerlər
- Qlütensiz qurabiyələr və “əlaltı” atışdırmalıq batonlar
Evdə bu qəlyanaltılardan bəzilərini soyuducunuzda saxlamaq asandır.
Uşağınız məktəbdə olanda və ya dostları ilə vaxt keçirəndə hər şey o qədər
də asan olmaya bilər. Uşağınızı pəhriz haqqında məlumatlandırmaq vacibdir ki, özləri təklikdə də sağlam seçim edə bilsinlər. Həmçinin məktəbə, məktəbdən sonra fəaliyyətlərə və digər gəzintilərə göndərmək üçün uşağınızı sağlam qlütensiz qəlyanaltılarla təmin etməlisiniz. Schär-in təqdim etdiyi ləzzətli çeşidlər qablaşdırılmış qlütensiz qəlyanaltılar kimi, bu hallar üçün əladır.